Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:56

Plastik qabların sağlamlığa daha bir zərəri [Yeni araşdırma]


Illüstrasiya
Illüstrasiya

Yeni araşdırmada iddia edilir ki, plastik qabdan su içəndə insan orqanizminə plastik mikrohissəciklər də daxil olur.

Bu, ABŞ-dakı Nyu York Dövlət Universitetində aparılan araşdırmanın nəticəsidir.

İndiyəcən plastik qabların zərərindən danışılarkən daha çox onların ekologiyaya ziyanı, təbiəti zibilləməsi vurğulanırdı.

Amma yeni araşdırmanın müəllifləri deyirlər ki, plastik qablardan su içənlər öz orqanizmlərini risk altına qoyurlar, çünki su ilə yanaşı mədələrinə minlərlə plastik mikrohissəcik də düşür. Bunlar isə illər ərzində orqanizmdə toplana, sağlamlığa təhlükə yarada bilər.

Buna da bax: Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər

Araşdırma müəllifləri 11 müxtəlif şirkətin 9 ölkədə buraxdığı 259 plastik qabı yoxlayıblar.

Onlar plastik qablardakı suya qırmızı boya töküblər. Boya plastikə yapışdığı üçün plastik hissəcikləri asanlıqla ayırd etmək mümkün olub.

Beləcə, hər litr suya ortalama 10,4 hissəcik düşdüyü aydınlaşıb:

Bəzi plastik qablarda belə hissəciklər heç olmayıb. Amma məsələn, "Nestle Pure Life"da belə hissəciklərin sayı 10,000 olub.

Araşdırma müəllifləri bildirirlər ki, qablaşdırma prosesinin mükəmməl olmaması nəticəsində plastik qablardan qopan bəzi mikrohissəciklər suya düşür. Xüsusən də plastik qabların qapağından.

Plastik hissəciklərin insan orqanizminə təsiri ətraflı öyrənilməyib, ona görə də araşdırma müəlliflıəri bu riski yalnız təxmin edirlər.

Amma məlumdur ki, heyvanların, balıqların orqanizmində toplanan plastik hissəciklər onların davranışına, hormonlarına təsir edir.

Bu, plastik hissəciklərin tərkibindəki kimyəvi maddələrlə bağlıdır.

Araşdırma zamanı o da məlum olub ki, plastik qablardakı suda aşkarlanan plastik hissəciklərin sayı kran suyundan 2 dəfə çoxdur.

Buna da bax: İdmanı əvəz edən həblər yaradılıb

XS
SM
MD
LG