Fransanın yeni prezidenti Emmanuel Macron Respublikaçılar Partiyasının üzvü olmuş, sağ mərkəzçi Edouard Philippe-ni baş nazir təyin edib. Bununla bağlı qərar mayın 15-də açıqlanıb.
46 yaşlı Philippe hüquqşünasdır, bunadək Le Havre şəhərinin meri olub.
Philippe və Macron-un iqtisadi və sosial mövzularda eyni mövqeni müdafiə etdikləri bildirilir. Yeni prezident Fransa siyasətində onilliklərdir ki, davam edən sağçılar və solçular bölgüsünə son qoymağı vəd edib.