Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:10

Kreml Senat demokratlarının hesabatını əsassız sayır


Dmitri Peskov
Dmitri Peskov

Moksva ABŞ Senat demokratlarının Rusiyanın Birləşmiş Ştatların və Avropa ölkələrinin seçkilərinə müdaxiləsinə dair hesabatını rədd edib. Kreml bildirir ki, bu hesabatdakı iddialar “əsassızdır”.

Senatın Xarici Əlaqələr Komitəsində ən yüksək vəzifəli demokrat tərəfindən sifariş edilmiş bu hesabat yanvarın 10-da açıqlanıb.

Bu, ABŞ millət vəkillərinin Rusiyanın 2016-cı il seçkisindən bəri demokratiyaları sarsıtmaq cəhdlərinə dair təfərrüatlı iddialardan ibarət ilk sənədidir.

Hesabatda deyilir ki, Rusiya son 20 il ərzində Avropa boyunca siyasətə təsir göstərməyə çalışıb.

Sənəd habelə iddia edilən bu cəhdlərin qarşısının alınması üçün çox az görən prezident Donald Trump-ı tənqid edir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov yanvarın 11-də bəyan edib ki, “iddia edilən müdaxilələrə görə Rusiyaya qarşı ittihamlar tamamilə əsassızdır”.

Peskov müxbirlərə deyib ki, Rusiyanın müdaxiləsinə dair “sərsəm narahatlıqlar nəinki ikitərəfli münasibətlərə, həm də ABŞ-ın özünə ziyan vurur”.

Rusiya xarici ölkələrin seçkilərinə müdaxilə etdiyinə dair ABŞ kəşfiyyatının iddialarını dəfələrlə təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG