Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:07

Müharibə tezliklə qurtaracaq? Peskov belə deyir...


Dmitri Peskov
Dmitri Peskov

Kreml aprelin 8-də bildirib ki, Rusiyanın Ukraynada “xüsusi əməliyyat” adlandığı hərbi əməliyyat “yaxın gələcəkdə” başa çata bilər.

Reuters agentliyinin xəbərinə görə Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “xüsusi əməliyyatın” vəzifələri yerinə yetirilib və bu iş Rusiya hərbçiləri və Rusiya danışıqçıları tərəfindən davam etdirilir:

"Ümid edirik ki, Ukraynada xüsusi əməliyyat ən yaxın günlərdə və ya yaxın gələcəkdə öz məqsədlərinə çatacaq və danışıqlar yolu ilə qurtaracaq”.

Peskov əlavə edib ki, hərbi əməliyyatlar danışıqlar vasitəsilə başa çatacaq, danışıqların nəticəsi isə Ukrayna tərəfinin mövqeyindən asılı olacaq.

BMT-də Rusiyanın əleyhinə səs verənlər

Peskov habelə bəzi ölkələrin BMT Baş Assambleyasının səsverməsində tutmağa çalışdığı balanslı mövqeyi başa düşdüyünü deyib.

Aprelin 7-də keçirilən bu səsvermə ilə Rusiyanın İnsan Haqları Şurasındakı fəaliyyətinə son qoyulub:

"Burda söhbət başa düşməkdən və ya bağışlamaqdan getmir. Məsələ həmin o sadə olmayan şəraiti, misli görünməmiş təzyiqləri, mən hətta deyərdim rusofobiyaya təhrik edilmələri başa düşməkdir. Az-çox balanslı mövqe tutmağa çalışan bütün ölkələr bunlarla üzləşiblər. Biz bunu anlayırıq”.

Bu səsvermədə adətən Rusiyaya rəğbətli yanaşan əksər ölkələr bitərəf qalıblar, Moskvanın dost ölkə adlandığı Serbiya və Macarıstan isə Rusiyanın əleyinə səs veriblər.

Vedomosti yazır ki, Dmitri Peskov habelə Britaniya telekanalına müsahibəsində Rusiyanın Ukraynada əhəmiyyətli itkilər verməsinə dair bəyanatına aydınlıq gətirməyə çalışıb.

O deyib ki, bu bəyanatı verərkən Rusiya Müdafiə Nazirliyinin itkilər barədə verdiyi 1351 rəqəminə istinad edib:

“Bizdə yalnız Müdafiə Nazirliyinin yaydığı bu rəqəmlər var”.

Peskov Rusiyada kəskin tənqid olunur

Məqalədə deyilir ki, Rusiya senatorlarından Andrey Turçak Kreml sözçüsünün həmin müsahibə vaxtı inamsız cavablarını tənqid edib.

Peskov Sky News telekanalına müsahibəsində demişdi:

"Biz əhəmiyyətli hərbi itkilərə məruz qalmışıq, bu bizim üçün böyük faciədir”.

Senator Turçak özünün Telegram kanalında Peskovun bu sözlərini pisləyib. O deyib ki, rəsmi şəxslərin bəyanatları, çoxsaylı suallar yaratmamalı, aydınlıq gətirməlidir:

“Əhəmiyyətli itkilər nə deməkdir? Əhəmiyyətsiz itkilər də var? Bəs Donbasda 8 il davam edən soyqırım qurbanları necə olsun? Bu bizim üçün sadəcə faciədir? İndi isə böyük faciə baş verib?”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG