Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 09:01

Almaniya prezidenti Putin və Lavrovun mühakiməsinə çağırır


Almaniya prezidenti Frank-Valter Ştaynmayer
Almaniya prezidenti Frank-Valter Ştaynmayer

Ştaynmayer Kiyev yaxınlığındakı Buçada törədilmiş vəhşilikləri göstərərn şəkillərdən söz açaraq baş verənlərin “dəhşətli və dözülməz” olduğunu bildirib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, Rusiyanın ali rəhbərliyi də daxil, Ukraynada törədilmiş hərbi cinayətlərlə bağlı olanların mühakimə edilməsi zəruridir.

Almaniya prezidenti Der Spiegel jurnalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrov Haaqadakı beynəlxalq cinayətlər məhkəməsinin qarşısına çıxarılmalıdırlar.

Ştaynmayer Kiyev yaxınlığındakı Buçada törədilmiş vəhşilikləri göstərərn şəkillərdən söz açaraq baş verənlərin “dəhşətli və dözülməz” olduğunu bildirib.

Ukrayna bildirir ki, Rusiya hərbçilərinin törətdiyi iddia olunan hərbi cinayətlər artıq Haaqadakı beynəlxalq məhkəmə tərəfindən araşdırılır.

Aprelin 7-də Britaniyanın Sky News telekanalına müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putin heç bir halda beynəlxalq tribunal qarşısına çıxarıla bilməz.

Ştaynmayerin sözlərinə görə, o təsəvvürünə də gətirə bilməzmiş ki, Rusiya prezidenti “özünün imperiya sərsəmliyi ilə ölkəsinin siyasi, iqtisadi və mənəvi iflasına gedə bilər”.

“Keçmiş günahlar”

Deutsche Welle bildirir ki, əvvəllər ölkənin xarici işlər naziri olmuş Ştaynmayer son vaxtlar Rusiyaya münasibətdə keçmiş səhvlərini etiraf edən bəyanatlar verib.

Ştaynamayer xüsusilə də Rusiyanın Şimal Axını 2 kəməri və Donbas məsələsində tutduğu təslimçi mövqeyinə görə tənqid olunurdu.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden də Putini “hərbi cani” adlandırmış və onun mühakiməsinə çağırmışdı.

Britaniyada ictimai xadimlər tərəfindən dəstəklənən petisiya indiyədək 2 milyon səs toplayıb.

Petisiyada Putinin məhkəmə edilməsi tələb olunur.

Rusiya hakimiyyəti Ukraynada törədilən cinayətlərin ona bağlılığı olmadığını bildirir və Ukraynanı saxtakarlıqda ittiham edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG