Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:13

Rusiya ABŞ-dan ‘diplomatik mülkiyyətini’ tələb edir


Rusiya Birləşmiş Ştatlara, ötən ilin dekabrında Barack Obama tərəfindən müsadirə edilmiş iki diplomatik şəhərciyə girişinin bərpa edilməsi üçün bir daha müraciət edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dmitri Peskov iyulun 17-də, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət katibinin müavini Thomas Shannon-un görüşü ərəfəsində bəyanat veriblər.

Dmitri Peskov mətbuat konfransında bu məsələ ilə bağlı suala cavab verərkən deyib: “Biz ümid edirik ki, bizim amerikalı həmkarlarımız müəyyən siyasi müdriklik və siyasi iradə nümayiş etdirəcəklər”.

Obama Merlilend və Nyu York ştatlarındakı iki diplomatik şəhərciyin müsadirəsindən başqa həm də 35 Rusiya diplomatının ABŞ-dan xaric edilməsi barədə qərar qəbil etmişdi. Bu addım Rusiyanın ABŞ seçkisini təsirləndirmək cəhdlərinə cavab olaraq atılmışdı.

O vaxt Rusiya prezidenti Putin bu diplomatik demarşa müvafiq cavab verməməklə bir çoxlarını təəccübləndirmişdi.

Bu, o vaxt yenicə prezident seçilmiş Trump-a münasibətdə xoş məram jesti kimi təqdim edilmişdi.

Trump Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına çalışacağını demişdi.

Buna baxmayaraq Rusiya və ABŞ arasında münasibətlər gərgin olmaqda davam edir. ABŞ kəşfiyyatı Moskvanı Amerika seçkisinə müdaxilə cəhdində ittiham edib.

Rusiya rəsmiləri bundan əvvəl də diplomatik şəhərciklərə girişin qeyd-şərtsiz bərpa olunmasını tələb ediblər. Kreml bildirib ki, Moskvanın səbir kasası dolur.

Rusiya tərəfi bildirir ki, cavab addımlarını Shannon və Ryabkov-un görüşündən sonraya saxlayıb və bu addımlar sözü gedən görüşün nəticəsindən asılı olacaq.

Peskov deyib ki, diplomatik mülkiyyətin qaytarılması üçün Vaşinqton tərəfindən şərtlərin qoyulması qeyri-məqbuldur və beynəlxalq qanunlara iddir.

Lavrov isə Belarusa səfəri əsnasında bu məsələyə toxunarkən bidirldirib ki, ABŞ-ın şərtlər irəli sürməsi onun təbirincə deyilsə, “günün-günorta çağı qarətə” bənzəyir.

O deyib ki, Birləşmiş Ştatlardakı “anti-Rusiya əhval-ruhiyyəsi” Moskva və Vaşinqtonun qlobal məsələlərdə razılığa gəlməsinə mane olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG