Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Korrupsiyada ittiham edilən keçmiş prezident özünü vurdu


Perunun keçmiş prezidenti Alan Garcia
Perunun keçmiş prezidenti Alan Garcia

Perunun keçmiş prezidenti Alan Garcia aprelin 17-də onun paytaxt Limadakı evinə polis gələrkən özünü güllə ilə vurduqdan sonra xəstəxanaya aparılsa da, orada keçinib.

O barəsində irəli sürülmüş rüşvət ittihamı ilə bağlı həbs ediləcəkdi.

Bəzi məlumatlara görə o özünü həbsə mane olmaq məqsədilə vurub. Polisin məlumatında deyilir ki, Garcia vəkili ilə danışmalı olduğunu deyərək öz otağına keçib və orada özünü vurub.

69 yaşlı Garcia özünə qarşı ittihamları dəfələrlə rədd etmişdi.

Millətçi kimi tanınan Garcia Peruda 1995-1990-cı illərdə prezident olub.

O sonrakı illərdə özünü azad bazar tərəfdarı kimi təqdim etmiş və 2006-cı ildə daha bir müddətə prezident seçilmişdi.

Garcia barədə iddialara görə o Braziliyanın Odebrecht tikinti şirkətindən qanunsuz ödənişlər alıb.

Odebrecht bütün Latın Amerikasında ən böyük korrupsiya qalmaqalına səbəb olub.

Şirkət 2016-cı ildə ABŞ-ın Ədliyyə Nazirliyi ilə təqsirin etiraf edilməsinə dair razılaşma əldə edib.

Odebrecht Latın Amerikası boyunca sərfəli kontraktlar əldə etmək məqsədilə müxtəlif rəsmilərə 800 milyon dollar rüşvət verdiyini etiraf edib.

Garcia Odebrecht işi ilə bağlı həbs edilən 4-cü keçmiş prezident olacaqdı.

Perunun keçmiş prezidneti Ollanta Humala 2017-2018-ci illərdə məhkəməyə qədər 9 ay həbsxanada saxlanmışdı.

Daha bir keçmiş Peru prezidenti Pedro Pablo Kuczynski ötən həftə ona qarşı heç bir ittiham təqdim edilmədən həbs olunub.

Nəhayət keçmiş prezident Alejandro Toledo ABŞ-ın Kaliforniya ştatından Peruya ekstradisiya edilməmək üçün mübarizə aparır.

O 2017-ci ildə Odebrecht işi üzrə 18 ay azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG