Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:52

Panama sənədləri: Mossack Fonseca firmasının qurucuları həbs edildilər


Vergi cənnəti - Mossack Fonseca hüquq firması

Panama prokurorları bu ölkədə məşhur hüquq firması Mossack Fonseca-nın iki yaradıcısını həbs ediblər.

Bu firma 72 hazırkı və ya keçmiş dövlət başçısı da daxil, dünya üzrə minlərlə rüşvətxor məmur və siyasətçi üçün ofşor şirkətləri yaratdığına görə qlobal qalmaqala səbəb olmuşdu.

Mossack Fonseca firmasından sızdırılmış milyonlarla email-in arasından Rusiya, Qazaxıstan və Azərbaycan liderlərinin ailələrinə və yaxın çevrələrinə daxil adamların adları faş olunub.

Ramon Fonseca - Mossack Fonseca firmasını yaradanlardan biri
Ramon Fonseca - Mossack Fonseca firmasını yaradanlardan biri

​Lakin Mossack Fonseca partnyorlarının həbsinə səbəb Braziliyanın Odebrecht tikinti şirkətinin müxtəlif ölkələrin rəhbərlərinə və yüksək vəzifəli məmurlarına milyonlarla dollar rüşvət verməsi üçün ofşor hesabların yaradıldığının üzə çıxması olub.

Əslində sözü gedən tikintişirkəti məsuliyyətinin yüngülləşdirilməsi şərti ilə bütün rüşvət verdiyi subyektlərin adlarını ABŞ Ədliyyə Nazirliyinə təqdim edib.

Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb...

Xəbər verilir ki, Mossack Fonseca firmasının iki təsisçisinin - Jürgen Mossack və Ramón Fonseca-nın məhkəməyədək zaminə buraxılmasına icazə verilməyib.

Odebrecht Cənubi Amerikanın ən böyük tikinti şirkətidir və uzun müddət Braziliya dövlət neft şirkəti Petrobras-ın kontraktçısı olub.

2015-ci ilin yayında Odebrecht tikinti şirkətinin prezidenti Marcel Odebrecht Braziliyanın federal polisi tərəfindən həbs edilmişdi.

Panama sənədlərinin arasından Əliyevlərə aid olanları da çıxmışdı
Panama sənədlərinin arasından Əliyevlərə aid olanları da çıxmışdı

2016-cı ildə o korrupsiya və çirkli pulların yuyulmasında təqsirli bilinib və 19 il müddətinə azadlıqdan məhrum edilib.

Marcel Odebredht etiraf edib ki, o bütün Latın Amerikası boyunca yüksək vəzifəlilərə 800 milyon dollar rüşvət verib.

2016-cı ildə dünyanın ən böyük media qurumlarından bəziləri Mossack Fonseca-nın serverlərindən sızdırılmış milyonlarla sənədi dərc edib.

İndiyədək əksər beynəlxalqkorrupsiyaçılar məsuliyyətdən kənarda qala biliblər. Bu ilk növbədə sənədlərdə adları faş edilənlərin böyük əksəriyyətin siyasi hakimiyyətdə olması ilə bağlıdır.

Son vaxtlar bir sıra antikorrupsiya fəalları Panama sənədlərinin tədricən unudulmasından və ya arxa plana keçməsindən narahatlıq ifadə edirdi.

Lakin göründüyü kimi Panama sənədləri 2017-ci ildə də gündəlikdə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG