Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:13

Pentaqon Türkiyəyə F-35 qırıcıları verilməsinin dayandırıldığını deyir


F-35B Lightning II qırıcı təyyarəsi uçuşa hazırlaşır (foto arxivdəndir)
F-35B Lightning II qırıcı təyyarəsi uçuşa hazırlaşır (foto arxivdəndir)

Birləşmiş Ştatlar bildirib ki, Türkiyəyə F-35 qırıcı təyyarələr proqramı üzrə təchizatını dayandırır.

Vaşiqnton bəyan edib ki, bu addım Ankaranın Rusiyadan raket müdafiə sistemlərinin alınmasını dayandırmamasına cavab olaraq atılır.

Pentaqonun sözçüsü aprelin 1-də deyib ki, Türkiyənin birmənalı şəkildə S-400 sisteminin alınması üzrə prososesi davam etdirdiyi müddətdə Ankaraya F-35 qırıcılarının verilməsi prosesi dayandırlılır, lakin bu məsələ barəsində Türkiyə-ABŞ dialoqu davam edir.

Vaşinqton aylardan bəridir ki, Ankaraya onun S-400 havadan müdafiə sistemlərini almaq qərarının ona təkmil F-35 qırıcılarının verilməsi məsələsinə əngəl yarada biləcəyi barədə xəbərdarlıq edirdi.

Lakin Ankara bu xəbərdarlıqlara baxmayaraq Moskva ilə S-400 antiraket sistemlərinin alqı-satqı prosesini davam etdirib.

Martın 29-da Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu demişdi ki, onun ölkəsi Rusiyadan bu sistemin alınması barədə vədinə sadiq qalır və Moskva ilə raket sisteminin çatdırılması tarixlərinə dair danışıqlar aparır.

Rusiya mediasının verdiyi xəbərlərə görə Türkiyə S-400 raketdənmüdafiə sistemlərinə 2. 5 milyard dollar ödəmək niyyətindədir.

Vaşinqton habelə bildirmişdi ki, Ankaraya S-400 sisteminin ekvivalenti olan Patriot antiraket sistemlərinin verilməsi barədə qərarı ləğv edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG