Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Türkiyə sözünü tutur


S-400 sistemi
S-400 sistemi

Türkiyə Vaşinqtonun xəbərdarlığına baxmayaraq Rusiyayla havadan müdafiə sazişinə əməl edəcək. Bunu Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu martın 29-da rusiyalı həmkarı Sergei Lavrov-la görüşdən sonra deyib.

“Biz yekunda Rusiyayla razılaşdıq və razılaşmanı imzaladıq. Razılaşma qüvvədədir və biz çatdırılmanın zamanını müzakirə edirik”, – Cavusoglu jurnalistlərə bildirib.

“Saziş artıq bağlanıb”, – o, sözlərinə əlavə edib.

ZİDDİYYƏTLİ BƏYANATLAR

Cavusoglu Ankaranın S-400 sistemlərini digər tərəfə satmağı planlaşdırmadığını vurğulayıb.

Sergei Lavrov (solda) və Mevlut Cavusoglu Antalyada mətbuat konfransında, 29 mart, 2019-cu il
Sergei Lavrov (solda) və Mevlut Cavusoglu Antalyada mətbuat konfransında, 29 mart, 2019-cu il

​Martın 28-də ABŞ-ın 4 senatoru hər iki partiyanın dəstəklədiyi qanun layihəsini təqdim edib. Həmin sənəd Ankaranın S-400 sistemlərini qəbul etmədiyini ABŞ hökuməti təsdiqləyənədək Türkiyəyə F-35 qırıcılarının satışını qadağan edir.

Cavusoglu-nun sözlərinə görə, Türkiyə Birləşmiş Ştatlardan ziddiyyətli bəyanatlar almaqdadır və Ankara F-35-lə bağlı bütün öhdəliklərinə əməl edib.

O həmçinin Ankaranın ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanımasına qarşı çıxdığını deyib.

ABŞ Prezidenti Donald Trump martın 25-də Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan bu addımı tənqid edib, deyib ki, bu, Yaxın Şərqi yeni böhran həddinə çatdırır.

Rusiya, İran, ABŞ-ın Fars Körfəzində müttəfiqləri daxil bir sıra ərəb ölkələri də Trump-ın qərarını tənqid edib.

Lavrov Cavusoglu ilə brifinqdə deyib ki, Vaşinqtonun Qolan təpələri ilə bağlı qərarı “fürsət vermənin məqsədli, şüurlu nümayişidir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG