Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:30

Pentaqon Rusiyadan helikopter almayacaq


Rusiya istehsalı Mi-17

Pentaqon Əfqanıstan üçün Rusiyadan Mi17 helikopterlərini almağı dayandırır və əvəzində ABŞ vertolyotlarını alacaq.

Bu barədə ABŞ senatoru Chris Murphy bildirib. Deyib ki, Pentaqon bununla bağlı Konqresə məlumat verib: “Mən hec vaxt başa düşməmişəm ki, ABŞ hökuməti niyə Əfqanıstan üçün lazım olan helikopterləri ABŞ vergiödəyicilərinin hesabına Assad rejimini dəstəkləyən və Ukraynaya müdaxilə edən Rusiyadan alır?” o deyib və əlavə edib ki, Pentaqona vertolyot lazım olanda Amerikada istehsal olunmuş helikopter alsın.

ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, artıq Əfqanıstan üçün Connecticut ştatında istehsal olunan “Sikorsky Blackhawk” helikopterləri alacaqlar.

XS
SM
MD
LG