Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:12

Pentaqona Rusiya ilə hərbi əməkdaşlıq qadağan edildi


Foto: arxiv

ABŞ-ın Nümayəndələr Palatası Pentaqona Rusiya ilə hərbi sahədə əməkdaşlıq etməyi qadağan edir. Bu barədə Konrresin saytında dərc edilmiş 2017-ci ildə müdafiə büdcəsi sənədində bildirilib.

Sənəddə göstərilir ki, Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığın maliyyələşdirilməsi qadağandır.

Rusiyanın Krımı Ukraynaya qaytarmayana və Donbassda seperatçılara verdiyi dəstəyi dayandırmayana qədərMoskva ilə hərbi əməkdaşlıq məhdudlaşdırılacaq.Sənəddə vurğulanır ki, Moskva Minsk razılaşmasının şərtlərini yerinə yetirməlidir.

Rusiya Krımı 2014-cü ildə anneksiya edib. Ukrayna ölkənin şərqində baş verən hərbi əməliyyatlarda Rusiyanı ittiham edir.

Rusiya Ukrayna böhranına görə Qərbin çoxsaylı iqtisadi sanksiyası ilə üzləşib.

Rəsmi Moskva isə Ukrayna münaqişəsində iştirak etmədiyini bəyan edir.

XS
SM
MD
LG