Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:55

Pensiyalar artacaq


Səlim Müslümov

«Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-nin xərclərinin 37.4 faizi dövlət büdcəsindən ayrılan transfert, 62.6 faizi isə məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək».

APA xəbər verir ki, bunu dekabrın 8-i Milli Məclisin iclasında «Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcəsi» layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun deməsinə görə, bu, cari ilin gözlənilən icra göstəricisindən 248 mln. manat çoxdur: «Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97.6 faizi səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7.6 faiz çoxdur».

Buna da bax-Çex pensiyaçı azərbaycanlı yaşıdlarının yaşayışını 'dəhşətli' adlandırır

S.Müslümov qeyd edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb: «Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104.4 mln. manat təşkil edir. Bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 5.6 mln. manat və ya 5.7 faiz çoxdur».

Azərbaycan qanunvericiliyinə görə, pensiyalar inflyasiya həddi qədər artırılmalıdır. Bu il Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, Azərbaycanda inflyasiya 12 faizə yaxın olub. Ancaq müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Müstəqil iqtisadçılara görə, bu ilin əvvəlindən ölkədə bir çox malların qiyməti 40-60 faiz bahalaşıb.

Ölkədə 1 milyon 300 minə yaxın pensiyaçının olduğu deyilir.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG