Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:25

Pensiyaların sığorta hissəsi indeksləşdiriləcək


Prezident İlham Əliyev bu gün, fevralın 7-də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.

Bundan əlavə, nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Dövlət Statistika Komitəsi, hələlik, 2018-ci il üzrə tam əməkhaqqı artımını açıqlamayıb. 11 ayın göstəricisinə görə, əməkhaqı 2.9 faiz artıb.

Əgər 12 ayın göstəricisində ciddi dəyişiklik yoxdursa, pensiyalar cəmi 3 faiz civarında artacaq.

Ötən 2018-ci ildə isə pensiyalar 6 faizə yaxın artmışdı.

XS
SM
MD
LG