Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:04

Elə günlərim olur ac qalıram. Çörəkpulu tapmıram…


17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq?

Bazarda qiymətlər bahalaşır, işığın, qazın pulu yeni tariflərlə gəlir, bəs pensiyalar nə qədər artacaq?

66 yaşlı Xədicə Piriyeva deyir ki, hökumətin verdiyi təqaüd ona çatmır. Son bahalaşmalar isə durumunu daha da pisləşdirib.

Bazarda qiymətlər bahalaşır, işığın, qazın pulu yeni tariflərlə gəlir, bəs pensiyalar nə qədər artacaq?

Noyabrın 10-da, Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi gözlənilirdi. Maliyə Nazirliyinin dərc etdiyi icmal büdcə sənədindən bəlli olur ki, gələn il üçün Sosial Müdafiə Fonduna ayrılan vəsait təqribən 5,3 milyard manat olacaq.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov hesablayıb ki, gələn il pensiyalarda ortalama 17 manat 50 qəpik artım gözlənilir. Bu isə orta pensiyaçı üçün təqribən 5 faiz artım deməkdir.

Bu elə təqribən rəsmi inflyasiya həddində artım deməkdir, amma burası da var ki, müşahidəçilər bahalaşmanın reallıqda 5 faizdən bir neçə dəfə artıq olduğunu deyirlər.

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Rüfət Quliyevin sözlərinə görə, hələ ki, deputatlar büdcə zərfi ilə tanış olurlar. Deputat əlavə edir ki, müzakirələr vaxtı çalışacaqlar ki, pensiyaçıların maraqlarını qorusunlar:

“Biz hələ ki, büdcə zərfini nəzərdən keçiririk. Əvvəlcə baxaq görək orda nə rəqəmlər var. Hökumət bu barədə nə deyir. Biz əmək və əhalinin sosial müdafiəsi nazirini dinləyəcəyik, maliyə naziri çıxış edəcək, suallarımızı verəcəyik. Çalışacağıq öyrənək ki, pensiyaçıların sosial müdafiəsi üçün hökumət hansı addımları atır”.

Əgər pensiyalar artmasa

İqtisadçı Rəşad Həsənov isə deyir ki, əgər pensiya artırılmasa, əhalinin 10 faizini təşkil edən pensiyaçılar gələn il daha da yoxsullaşmış olacaqlar:

“Əgər bu qədər vəsait ayrılmış olsa, əlavə vəsait olmasa, bu artım bahalaşmanı kompensasiya edə bilməyəcək. Amma artım ola bilər. Çünki gələn ilin büdcəsindən Sosial Müdafiə Fonduna transfert azdır, 1 milyard 200 milyon manatdır. Bu, bu günə qədər ən aşağı göstəricilərdən biridir. Ola bilsin ki, müzakirələr vaxtı bu məbləğ yenidən artırılsın”.

Əslində, son dörd ildir ki, pensiyaçılar üçün əlverişsiz vəziyyət yaranıb - 2017-ci ildən Azərbaycanda pensiya yaşı 65-ə qaldırılıb.

Beləliklə, pensiyaçıların sayı son dörd ildə təqribən 100 min nəfər azalaraq 1 milyon 200 min nəfərə düşüb.

Bir məsələ də var ki, Sosial Müdafiə Fondunun vəsaitindən başqa il boyunca bəzi növ pensiyalar prezident sərəncamları ilə də arta bilər.

Rəşad Həsənov deyir ki, minimum pensiyaların 25 faiz və ya 50 manat artması da mümkündür, bu artım isə yalnız minimum pensiya alanlara şamil ediləcək. Bundan başqa əgər prezident dövlət qulluğunda çalışanların əmək haqqını artırsa, bu zaman dövlət qulluğundan, prokurorluq orqanlarından pensiyaya çıxanların da təqaüdü artacaq.

Büdcə zərfinin noyabrın 10-da Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilirdi.

Büdcə sistemi haqqında qanuna görə sənəd dekabrın 20-dən gec olmayaraq təsqdilənməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG