Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:29

Rusiyada pensiya yaşının qaldırılmasına etiraz olaraq aksiyalar keçirilir


Kazanda etiraz aksiyası
Kazanda etiraz aksiyası

Sentyabrın 22-də Rusiyada pensiya yaşının qaldırılmasına etiraz olaraq yenidən aksiyalar keçirilir.

Həmçinin sabah-bazar günü ölkəin bir sıra şəhərlərində etiraz aksiyaları planlaşdırılır.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə,budəfəki aksiyaları “Kommunist partiyası” “Sol cəbhə”, “Rusiya xalq vətənpərvərlər ittifaqı” habelə müxtəlif ictimai hərəkat və həmkarlar ittifaqları təşkil ediblər.

Artıq bir sıra şəhərlərdə aksiyalar sona yetib.

Kazanda pensiya yaşının qaldırılmasına etiraz aksiyası
Kazanda pensiya yaşının qaldırılmasına etiraz aksiyası

Bu aksiyaların hamısı yerli hakimiyyətlərlə razılaşdırılmasa da polisin müdaxiləsi və ya aksiyaçıların saxlanması barədə məlumat yoxdur.

Moskvanın “Saxarov” prospektində “Milyonların sosial yürüşü” şüarı ilə keçirilən aksiya yerli hakimiyyətlə razılaşdırılıb.

“Moskva” agentliyinin məlumatına görə aksiyaya görə prospekt demək olar ki, bütün gün bağlı olacaq.

Məhkəmə “Sol cəbhə” hərəkatının lideri Sergei Udaltsov-un administrativ qaydada aksiyalarda iştirakına qadağa qoysa da Moskvada keçirilən aksiyada o da iştirak edir.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın onlarla şəhərində pensiya yaşının qaldırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirilmişdi.

Həmin aksiyaları müxalifət fəalı Aleksei Navalnı təşkil eləmişdi.

Həmin aksiyaların əksəriyyəti hakimiyyətlə razılaşdırılmadığından, həmin vaxt ölkə boyu 1000-dən çox adam saxlanmışdı.

Buna da bax: Rusiyada etirazlarda mindən çox saxlanan var

Rusiyanın Dövlət Duması iyulun ortalarında kişilər üçün pensiya yaşının 65, qadınlar üçünsə 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edib.

Hazırda Rusiyada qadınlar üçün pensiya yaşı 55, kişilər üçün 60-dır.

Bu pensiya islahatları ölkədə kütləvi etirazlara səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG