Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:44

Rusiyada etirazlarda mindən çox saxlanan var


Krasnoyarsk. Etiraz aksiyası
Krasnoyarsk. Etiraz aksiyası

Rusiyada hökumətin pensiya yaşını artırmaq planlarına etirazlarda mindən çox saxlanan olub.

Sentyabrın 9-da keçirilmiş etirazlarda polislə qarşıdurma yaranıb. Dünən ölkədə yerli seçkilər də keçirilib, seçici iştirakının 28 faiz olduğu bildirilib.

Etirazçıların saxlanmasını izləyən OVD-Info xəbər portalı Rusiyanın 33 şəhərində azı 1018 etirazçının saxlandığını xəbər verir. Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda 452 nümayişçinin saxlandığı qeyd olunur.

MOSKVADA YÜRÜŞƏ 2 MİN NƏFƏR QATILIB

Rəy sorğularına görə, rusiyalıların 90 faizi pensiya yaşının qaldırılmasına etiraz edir. Levada Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğuda rusiyalıların 50 faizdən çoxu etirazlara çıxacağını bildirmişdi.

Moskvada etiraz
Moskvada etiraz

OVD-Info bildirir ki, Yekaterinburq şəhərində 183, Krasnodarda 60, Moskva və Omskda 43 nəfər saxlanıb.

Etirazlardan yayılmış videolarda polisin yürüşü dağıtmaqdan ötrü gücdən istifadə etdiyi, dəyənəyə əl atdığı, nümayişçiləri sürüdüyü görünür.

Moskvanın Puşkin meydanına 2 min nəfər yığılıb, onlar “Putinsiz Rusiya”, “Putin, sən pensiyaya nə vaxt çıxacaqsan?” şüarları səsləndiriblər.

Polis nümayişçilərə dağılışmağı əmr etsə də onlardan bəziləri Kremlə doğru hərəkət ediblər, ancaq qarşıları kəsilib, bəziləri kobudcasına saxlanıb.

Sankt Peterburda 1000-dək adam “Ar olsun” şüarı səsləndirib, Putinin istefasına çağıran plakatlar qaldırıblar.

Seçkinin nəticələri bu gün səhər açıqlanacaq.

***

Rusiyada müxalifət lideri Alexsey Navalny -nin minlərlə tərəfdarı nümayişə çıxıblar. AzadlıqRadiosunun rus xidməti yazır ki, 300-ə qədər adam saxlanılıb. Polisin, Moskva və Sankt -Peterburqda güc tətbiq etdiyi bildirilir.

***

Rusiyanı pensiya islahatlarına qarşı nümayişlər bürüyüb. Sentyabrın 9-da, paytaxt Moskvada və regionlarda aksiyalar başlayıb, saxlananlar var. Bu aksiyalara çağırışı müxalifət lideri Aleksey Navalny edib. Navalny özü ictimai asayişi pozmaqda ittiham edilərək, 30 günlüyə həbs olunub, türmədədir.

Novosibirsk
Novosibirsk

Hazırda Rusiyada qadınlar üçün pensiya yaşı 55, kişilər üçün 60-dır. İyulun ortasında Dövlət Duması təqaüd yaşının kişilər üçün 65, qadınlar üçün 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Putin qadınlara güzəşt edib, qadınların yaşın 60-a salıb, kişilər üçün yaşın endirilməsi barədə danışmayıb. Yəni, qanun bu şəkildə təsdiqlənsə, Rusiyada kişilər 65, qadınlar isə 60 yaşından pensiyaya çıxa biləcəklər.

Nümayişlər Rusiyada səsvermə gününə təsadüf edir. Sentyabrın 9-u Rusiyanın 26 regionunun rəhbəri və 17 deputat seçilir.

Novosibirsk
Novosibirsk

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG