Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Şikayətçi: ‘Payıbəlli torpağımın üstündən elektirk xətti çəkdilər’


Astara, Məscidməhəllə kəndi
Astara, Məscidməhəllə kəndi

Astara rayonun Məscidməhəllə kəndi İranla sərhəddə yerləşir.

Yolun bir tərəfində sərhəd xətti uzanır, digər tərəfində isə kənd evləridir. Kənddən İran tərəfi aydın görünür. İrana gedən dəmir yolu da bu kəndin ərazisindən keçir. Üstəlik, elektrik xətti də var...

Kənd sakinləri görülən işlərə müsbət yanaşsalar da problemlərin də olduğunu deyirlər. Sakinlərdən Məzahir İsmayılıov-un deməsinə görə, əkinə yararlı torpaqlar, həyətyanı sahələr bu yolların altında qalır. Onun vurğulamasına görə, çəkilən elektrik xəttləri də problemlər yaradır.

Məzahir İsmayılov
Məzahir İsmayılov

O deyir ki, çəkilmiş elektrik xətti kürəkəninə ( qızının həyat yoldaşı-r) ev inşa etmyə imkan vermir. M.İsmayılovun sözlərinə görə, kürəkəni Qarabağ döyüşlərinin veteranı olsa da, buna əhəmiyyət verilmir:

“Hara gəldi, necə gəldi elektrik xətti çəkiblər.”

“Mən 1965-ci ildən burda yaşayıram. Kürəkənimin həyətyanı sahəsi də 1965-ci ildə alınıb. Yaxınlıqda 90-cı illərin əvvəllərində transformator qoyublar. Transformator indiyə qədər dəyşilməyib, dağılmaq üzrədir. Həyətimdən elektrik xətti keçir. Ev inşa etmək üçün elektrik xəttinin dəyişdirilməsi barədə şikayət etmişəm. Mənə cavab verirlər ki, evi 69-cu ildə inşa etmisən. Elektrik xətti isə 1965-ci ildə çəkilib.Hamsı yalan. Güya mən qanunu pozmuşam. Əslində transformatoru kəndin girəcəyində yerləşdirə bilərdilər. Yüksək gərginlikli elektrik xəttini də təhlükəsiz yerdən çəkə bilərdilər. Həmin transformator sənədsizdir. İstəyirəm məhkəməyə verim, mənə sənəd vermirlər. Həmin ərazidə ev inşa etmək istəyirəm. Ordan isə bir neçə elektirk xətti keçir. Dövlət bu torpağı mənə verib ki, ondan istifadə edim. Sonradan çəkilmiş elektrik xəttləri torpaqdan istifadə etməyə imkan vermir.Hara gəldi, necə gəldi elektrik xətti çəkiblər”.

M. İsmayılovun kürəkəni Natiq Yusifov da deyir ki,onun şikayyətinə baxmırlar:

“Həyətimdən elektrik xətti çəkiblər. Narazılıq etdik.Yan tərəfdən çəkmək olardı.Özüm xəstəyəm, əməliyyat olunmuşam.Neçə illərdir şikayət edirik. Səsimizə səs verən yoxdur.”

Kəndin ərazisindən bir neçə elektrik xətti çəkilib. Elektrik dirəkləri normal vəziyyətdə deyil. Kəndin mərəkəzində, evlərə yaxın yerdə qoyulan transformator da problemsiz görünmür.

“Dirək əyilib, təhlükəlidir”

Azad Səfərov
Azad Səfərov

​Kəndin sakini Azad Səfərov yararsız hala düşmüş elektrik dirəyini göstərib deyir ki, şikayət etsələr də dirəyi dəyişmirlər:

“Problemimiz bu elektrik dirəyidir. Dirək əyilib, təhlükəlidir. Bizə deyirlər ki, dirəyin yanındakı ağacları kəsin, ondan sonra şikayətlərinizə baxaq. Necə kəsək? Yanında elektrik xətti keçir, təhlükəlidir. Baxın, evin bünövrəsini götürümüşük. Elə də qalıb.Gəlib bünövrənin üstündən elektirk xətti çəkiblər. Ev də tikə bilmirik. Neçə ildir, müraciət etmişik nəticə yoxdur. Evin bünövrəsini kol basıb.Ev inşa etmək barədə sənədim var. Ağac getdikcə böyüyür, naqillərə dəyəcək. Qazımız da zəif gəlir. Odun tədarük edirik. Həm qaz, həm də odun sobası yandırırıq. Gəlsinlər, əncam çəksinlər.”

“Elektrik dirəyi çürüyüb”

​Digər kənd sakini Rafiq Yusifov söbətə qoşulur:

“Elektrik dirəyi çürüyüb. Evdə uşaq var. Qorxuruq ki, dirək aşa. Şikayət etdik, gəlib baxıblar. Deyirlər ki, yaxınlıqdakı ağacları kəsin, ondan sonra işinizə baxaq. Evimdə iki xəstə var, maddi imkan aşağıdır.Heç nə edə bilmirik.”

Astara şəhər sakini Akif Məmmədov da icazə almadan ona məxsus torpaq sahəsindən elektrik xəttin çəkilməsindən narazılıq edir:

“Payıbəlli torpağım var. Onun üstündən yüksək gərginlikli elektirk xətti çəkdilər. Etiraz etdim. Dedilər ki, qoy çəkək sonra düzəliş edərik. Halbuki, əkin sahəsinə girmədən də xətti çəkə bilərdilər. İndi deyirlər ki, həmin torpaqlar “Azərişığ” açıq səhimdar cəmiyyətinindir (ASC).Onun altında işləmək olarmı? Belə özbaşınalıq olmaz. Deyəndə deyirlər ki, dövlət əhəmiyyətlidir. Bəs biz kimin vətəndaşıyıq? Bu dövlətin vətəndaşları deyilik? Dəmir yolu çəkdilər, torpaq sahiblərinə konpensiyasiya ödədilər. İpək yolu da həmçinin.Amma işıq çəkəndə heç kimə xəbərdarlıq etmirlər.”

Rəsmilər nə deyir?

"Azərişıq" elektrik şəbəkəsi
"Azərişıq" elektrik şəbəkəsi

​Şikayətlərə, hələlik, “Azərişığ”ASC-dən münasibət almaq mümkün olmayıb.

Astara Elektrik Şəbəkəsinin rəisi Ağaverdi Həsənov isə elektrik xəttlərinin dəyşdirlməsinə səlahiyətlərinin olmadığını deyir:

“Vətəndaş bununla bağlı Perspektiv İnkişaf və “Asan” xidmtlə İş idarəsinə müraciət etməlidir.Hər üç aydan bir elektrik xəttləri təftiş edilir. Biz qanunu poza bilmərik.Vətəndaşa bu bardə məlumat vermişik. Qaldı şəhər sakini Akif Məmmədovun şikayətinə, ona məxsus torpaqdan keçən elektrik xətti özəl xəttdir.”

Məscidməhəllə kənd sakini Məzahir İsmayılov-un ölkə prezidentinə ünvanladığı şikayyətə Perspektiv İnkişaf“Asan xidmət”İş idarəsinin rəisi Elsevər Rüstəmli-nin imzası ilə cavab məktubu gəlib. M. İsmayılovun deməsinə görə, həmin məktubda yazılıb ki, elektrik xəttləri evlər inşa edilməmişdən əvvəl çəkilib.

Məzahir İsmayılov
Məzahir İsmayılov

Kənd sakini Məzahir İsmayılov isə deyir ki, evin tikilməsi baradə onda sənəd var:

“Orda ev olmayıbsa elktrik xəttini nə üçün çəkiblər? Ev inşa etmişik sonra xətti çəkiblər. Onlar bu yolla xətti bizim vəsaitimizin hesabına dəyşmək istəyirlər. Kürəkənim Qarabağ veteranıdır, xəstədəir. Müalicəsinə çoxlu pul xərclənib.Onun haqqını nə üçün pozurlar? Ölkə prezidenti deyir ki, vətəndaşların şikayətlərini həll edin. Bunlar isə adamı get-gələ salırlar. 20 ildir bunu həll etmirlər. Fövqəladə Hallar Nazirlyindən gəldilər, haqlı olduğumuzu gördülər.Çıxıb getdilər.Rayon İcra Hakimiyyətində dəfələrlə olmuşam.Göstəriş verildi ki, elektrik dirəklərinin yerini dəyişsinlər.Elə də qaldı.”

Astara Rayon İcra Hakimiyyəti-ndən isə şikayətlərə münasibət öyrənə bilmədik.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG