Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Manafortun hesabdarı sənədləri saxtalaşdırdığını etiraf elədi


Paul Manafort

ABŞ prezidenti Donald Trump-ın keçmiş köməkçisi Paul Manafortun hesabdarı etiraf edib ki, maliyyə sənədlərini saxtalaşdırıb.

Reutersin məlumatına görə, Cynthia Laporta bunu Virciniyada keçirilən məhkəmədə deyib.

Laportanın sözlərinə görə, o bunu Manafort və onun biznes tərəfdarlarının xahişi ilə edib.

Məlumata görə nəticədə Manafort xarici mənbələrdən gələn gəlirlərini təxminən milyon dollar azalda bilib.

Qeyd edək ki, Paul Manafort vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovichə məsləhətçilik edib, konkret 2004-2010-cu illərdə Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Bundan başqa o, rusiyalı milyarder Oleg Deripaskadan 10 milyon dollar məbləğində kredit almaqda şübhəli bilinir.

Məlumata görə, Manafort və onun xanımına aid şirkətin vergi bəyannaməsi göstərir ki, onlar Deripaskadan kredit götürüblər.

Qeyd edək ki, xüsusi prokuror Robert Mueller, hazırda Rusiyanın2016-cı ildə ABŞ-da keçirilən son prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.

Söhbət Moskvanın,seçkilərdə indiki prezident Donald Trump-ın xeyrinə müdaxiləsindən gedir.

Buna da bax:"Butina Trump-ın seçki kampaniyasının keçmiş üzvü ilə görüşübmüş"

Donald Trump dəfələrlə bu istintaqı tənqid edib və onun dayandırılmasını istəyib.

Moskva ittihamları rədd edir.

XS
SM
MD
LG