Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:21

Pashinyan:Yalnız yerli paltar geyir,yerli saat taxıram


Pashinyanın Feysbuk səhifəsindən şəkil
Pashinyanın Feysbuk səhifəsindən şəkil

Ermənistanın baş naziri Nikol Pashinyan özünün “Feysbuk” səhifəsində qol saatlarını nümayiş etdirib və onların qiymətini açıqlayıb.

Bunu sentyabrın 30-da AzadlıqRadiosunun erməni xidməti yazıb.

“Artıq xeyli vaxtdır ki, müzakirələr gedir ki, guya mən 50 min dollarlıq saat taxıram və hətta heç bundan xəbərim də yoxdur”, deyə Pashinyan yazır.

Buna da bax:Pashinyan bazar günü işə velosipedlə gedib

Pashinyanın velosipeti
Pashinyanın velosipeti

​Paşinyan bunun ardınca saatlarını göstərib və onlardan birinin təxminən 155,digərinin isə 215 dollar olduğunu bildirib.

Özü də onun sözlərinə görə bu saatlar yerli istehsaldır və onları Yerevandakı brend mağazalardan birindən alanda ona azacıq endirim də ediblər.

“Bu saatları öz vədimə əsasn almışam. Hansı ki, demişdim ki, yalnız yerli paltar, yerli ayaqqabı geyəcəm, yalnız yerli saat taxacam. Bu vəzifə həm də yerli istehsalçıların inkişafına və ölkəyə investorların cəlbinə xidmət etməlidir. Biz Ermənistanı sənaye ölkəsinə çevirməliyik”, deyə Pashinyan vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG