Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Pashinyan bazar günü işə velosipedlə gedib


Nikol Pashinyanın velosipedi
Nikol Pashinyanın velosipedi

Ermənistanın baş naziri Nikol Pashinyan bazar günü-sentyabrıb 30-da işə velosipedlə gedib.

O, bunu özünün “Feysbuk” səhifəsi ilə canlı yayımlayıb.

Pashinyan qeyd edib ki, bunu, sağlam həyat tərzi ideyasını yaymaq məqsədilə edir.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bu velesipedi avqustun 17-də mitinqlər vaxtı Pashinyana aksiyaçılardan biri bağışlayıb.

Baş nazir hökumət rəsmilərinin yaşadığı kompleksdən işə gedən yolu, təxminən 10 dəqiqəyə qət edib.

Dalda küçələrlə gedən Pashinyan, bu müddət ərzində yolda onu tanıyan bir neçə vətəndaşla da görüşüb.

Məlumata görə baş nazir yol hərəkəti qaydalarına riayət edib, qırmızı işıqda dayanıb.

Amma sonradan etiraf edib ki, qaydalardan birini pozub, şlem geyməyi unudub və buna görə üzr istəyib.

“Sizi sağlam həyat tərzi sürməyə, uzun illər siqaret çəkən və onu atan bir adam kimi siqareti atmağa çağırıram.2004-cü ildən bu yana bir dənə də olsun siqaret çəkməmişəm.Hansı ki, 1991-ci ildən 2004-cü ilədək günə 2 qutudan artıq siqaret çəkirdim.Odur ki, bütün siqaret çəkənləri vu vərdişi atmağa çağırıram”,Pashinyan canlı efirdə deyib.

Pashinyan elə həmin gün-bir qədər sonra isə velesipedlə “Ameribank”dakı biznes-mərkəzinin açılışına yollanıb, amma bu dəfə şlemli olub.

Yolda o, “Yerevan Color Run 2018” qaçışının iştirakçılarına rast gəlib və onlarla şəkil çəkdirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG