Erdogan:"Məqsəd Türkiyəni bölməkdir"
Türkiyə prezidenti Erdogan sentyabrın 16-da "Ombudsmanlıq simpoziumu"nun açılışında çıxış edib: "Terrorizmə, terrorçulara güclü silahları verənlər kimlərdir? Terrorçulara dəstək verənlər xaricdəndir. Məqsəd ölkəmizi parçalamaq və bölməkdir. Xaricdən gələn dəstəkdən əlavə daxildən də bəzi media qurumları onlara dəstək verir. Bu toplantıdan sadəcə ölkəmə deyil, dünyaya səslənirəm. Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq?"
Nalbandian:"Dünyada 100 Ermənistanlar var"
Ermənistanın xarici işlər naziri Edvard Nalbandian BBC rus xidmətinə müsahibəsindıə deyib: "Ümumiyyətlə xalqımızın üçdə ikisi dünyanın 100 ölkəsində yaşayır. Odur ki, Ermənistan bu coğrafi ərazidə kiçik bir ölkə deyil, o həm də bütün dünya üzərinə səpələnmiş 100 kiçik və böyük Ermənistanlardır. Bu, bizim üstünlüklərimizdən biridir." Ətraflı burada
Startfor: "Qarabağ münaqişəsində kəskin dönüş ola bilər"
Stratfor Araşdırmalar Mərkəzi bildirir ki, dondurulmuş Dağlıq Qarabağ münaqişəsində yaxın aylarda kəskin dönüş ola bilər: “Bir çox əlamətlər onu göstərir ki, Rusiya və Azərbaycan Ermənistan və Azərbaycan arasındakı status-kvonu qaldırmaq üçün əməkdaşlıq edə bilərlər. Belə ki, Rusiya sülhməramlı qoşunlarını regiona göndərməyə və uzun müddət bura nəzarət etməyə hazırlaşır”
Məktəb deyil, tövlədir (video)
İmişlidə sentyabrın 15-dəki etiraz aksiyasının videosu. Sakinlər məktəbdə pis şəraitə etiraz edirlər