Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 21:54
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

14:26 16.9.2015

27-ci dəfə Həccə gedən deputat

Milli Məclisin üzvü Qalib Salahzadə hazırda Həcc ziyarətindədir.
Bu barədə AzVision.az-a deputat özü bildirib. “Məkkədə Allahın evində ziyarətdəyəm. Dövlətimiz üçün, Qarabağın azad olunması üçün dualar edirəm. Mənim üçün bundan vacib iş ola bilməz”.

Bizim Yol bildirir ki, şeyx Allahşükür Paşazadənin qudası olan Hacı Qalib Salahzadə 27-ci dəfə müəqddəs Həcc ziyarətinə gedib. Belə ki, Q.Salahzadə bir müddət öncə mətbuata açıqlamasında 26 dəfə Həcc ziyarətində olduğunu demişdi.

14:24 16.9.2015

Facebook "dislike" düyməsini tətbiq edir

Facebook öz sosial şəbəkəsinə “dislike” – “bəyənmirəm” düyməsini daxil edəcək.

Bu barədə şəbəkənin yaradıcısı Mark Zuckerberg elan edib. Kaliforniya, Menlo Parkdakı Facebook qərargahında keçirilən sual-cavab sessiyası zamanı Mark Zuckerberg deyib ki, “dislike” düyməsi insanlara öz hisslərini daha geniş bildirmək imkanı yaradcaq.

O deyib ki, “bəyənmirəm” düyməsinin işə salınmasına “lap az qalıb”.

13:37 16.9.2015

Bir dairədən 2 Aysel Əlizadə

Bu təsadüfdür yoxsa YAP-ın yeni seçki texnologiyasıdır?

8 saylı Binəqədi 1-ci seçki dairəsində YAP namizədi - Aysel Əlizadədir.

Ancaq bu dairədən bir az əvvəl eyni ad və soyadlı gənc yazar Aysel Əlizadə namizədliyini irəli sürüb.

Aysel Alizadehs- photo Gafgazinfo
Aysel Alizadehs- photo Gafgazinfo

13:15 16.9.2015

İmişlidə etiraz forması: dərsləri boykot

Sentyabrın 15-də İmişli rayonunun Qızılkənd sakinləri etiraz aksiyası keçiriblər. Onlar uşaqlarının tamamilə yararsız olan orta məktəb binasında təhsil almasına etiraz ediblər. Bu məqsədlə kənd sakinləri uşaqlarını məktəbə yollamamaqla dərsləri boykot ediblər.

Davamı

XS
SM
MD
LG