Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

Bir dairədən 2 Aysel Əlizadə


Milli Məclis arxiv fotosu
Milli Məclis arxiv fotosu

Yeni Azərbaycan Partiyasının parlament seçkilərində irəli sürdüyü namizədlərinin siyahısı müzakirə və təhlil olunmaqdadır.

"Qafqazinfo" xəbər verir ki, siyahıda bir çox adlar tanış gəlsə də, partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəsindəki namizədi- Aysel İsmayıl qızı Əlizadə fikir ayrılıqlarına səbəb olub. Belə ki, bir çoxları onun müğənni Aysel Əlizadə, digərləri isə yazar, “125-lər hərəkatı”ndan həmin dairədən namizədliyini irəli sürmüş eyni ad soyadlı Aysel Əlizadə olduğunu iddia edirdi. Lakin yazar Aysel Əlizadə Alim qızıdır.

Azxeber.com saytı isə məsələ ilə bağlı kiçik araşdırma aparıb və YAP-ın namizədinin 135 nömrəli məktəbin müəllimi olduğu məlum olub. O, 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gəlib. Bakı şəhərində 135 saylı tam orta məktəbi 2006-cı ildə bitirib. Təfəkkür Universitetinin məzunudur.

2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.

Onu da qeyd edək ki, YAP-ın bu dairədən əvvəlki namizədi spiker Oqtay Əsədov idi.

Xatırladaq ki, Müsavat partiyası sözügedən dairədən Arzu Səmədbəylinin namizədliyini irəli sürüb.

XS
SM
MD
LG