Xəzər Universiteti 651-700-ci yerlərdədir
«QS Dünya Universitet Reytinqi 2015» açıqlanıb.
Reytinqdə ilk üç yerdə Massaçusets Texnoloji İnstitutu, Harvard və Kembric universitetləridir. Bu ali məktəblərin balı uyğun olaraq 100, 98.7 və 98.6-dır.
Azərbaycandan Xəzər Universiteti 651-700-cü yerdə qərarlaşıb. Bakı Dövlət və Qafqaz universitetləri isə 701-ci pillədən sonra gəlir.
"Necə məsləhətdirsə..."
YAP-dan olan millət vəkili Rəbiyyət Aslanova belə deyib.
O, Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında adının olmamasını qafqazinfo-ya şərh edib. Bildirib ki, partiyanın qərarına hörmətlə yanaşır:
«Partiyamız necə məsləhət bilir elə də olur. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün...»
BDU rektoru Abel Məhərrəmov deyib ki, rektorlar seçim etməlidir: ya rektorluq ya deputatlıq.
YAP-ın bu dəfəki siyahısına düşməyən deputatlar
1. Rəbiyyət Aslanova
2. Abel Məhərrəmli
3. Qalib Salahzadə
4. Əhməd Vəliyev
5. Asəf Hacıyev
6. Arif Əşrəfov
7. Fərhad Qəribov
8. Cəlal Əliyev
9. Aslan Cəfərov
10. Ayaz Orucov
11. Ərəstun Cavadov
12. Gülçöhrə Məmmədova
13. Nazim Fərəcov
Siyahıda Cəlal Əliyevin adı yoxdur
YAP-ın deputatlığa namizədlər siyahısında prezidentin əmisi, akademik Cəlal Əliyevin adı yoxdur.