Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:46

Parisdə silahlı hücum olub, bir polis öldürülüb


Champs Elysees prospekti, 20 aprel

Aprelin 20-də Parisin məşhur Champs-Elysees xiyabanında baş vermis silahlı hücumda bir polis zabiti həlak olub və daha iki polis ağır yaralanıb.

Bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan təşlkilatın götürdüyü xəbər verilib.

Fransa prezidenti Francois Hollande “terrorçu” insidenti pisləyib və vətəndaşları aprelin 23-də keçiriləcək prezident seçkisi ərəfəsində “tamamilə ayıq-sayıq” olmağa çağırıb.

Fransa müstəntiqləri hazırda hücum edənin tək olub-olmadığını araşdırırlar.

Daxili İşlər Nazirliyinin sözçsüPierre-Henry Brandet deyib ki, hücum edən şəxs polis tərəfindən öldürülüb.

Xəbər verilir ki, hücum edən şəxs avtomobilini polis maşının qarşısında saxlayaraq Kalaşnikov avtomatından atəş açmağa başlayıb.

O bir polis zabitini öldürdükdən sonra qaçmağa çalışarkən polislər tərəfindən güllə ilə vurulub.

Hakimiyyət orqanları bildiriblər ki, hücum edənin Parisin şərqindəki evi müəyyən edilib və orada axtarış aparılıb. Bu şəxs polis orqanlarına ekstremist kimi məlum idi.

İslam Dövləti adlandırılan təşkilatın Amaq internet saytı qrupun “Parisin ürəyində edilmiş bu hücuma” görə məsuliyyəti öz üzərinə götürdüyünü və hücum edənin belçikalı Əbu Yusif olduğunu yazıb.

Hadisə yerindən göndərilmiş videoda polis maşın və helikopterlərinin Champs-Elysees ərazisində dolaşdığı görünür.

Polis adamlardan hadisə yerindən uzaq durmağı rica edib.

Parisdə aprelin 20-də törədilmiş terror aktında bir polis zabiti həlak olub
Parisdə aprelin 20-də törədilmiş terror aktında bir polis zabiti həlak olub

Fransa paytaxtı 2015-ci ildə 230 nəfərin həyatına son qoymuş terror hücumlarından bəri yüksək həyəcan vəziyyətindədir.

Parisin Champs Elysees kimi görməli yerləri daimi silahlı polis nəzarətindədir.

Bu hücum Fransa prezident seçkisi kampaniyasında namizədlərin son çıxışları etdiyi günə təsadüf edib.

Rəy sorğuları mərkəzçi Emmanuel Macron və ifrat sağçı Marine Le Pen-in daha şanslı olduqlarını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG