Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ümumrusiya seçki mediaforumunda Konstitusiyaya düzəlişlərə paket halında səs verilməsinin zəruriliyini, hər bir düzəliş üzrə ayrılıqda səs verməyin nə üçün mümkün olmadığını izah etməyə çalışıb.
Pamfilovanın sözlərinə görə hər bir düzəlişə ayrı-ayrılıqda səs verilməsi “texniki” baxımdan mümkün deyil, çünki...belə düzəlişlərin “böyük bir paketi” yaranıb.
Amma forum iştirakçıları Pamfilovadan inadla soruşurdular: “Əgər düzəlişlərdən hansısa sənin xoşuna gəlmirsə, bütöv paketə necə səs vermək olar?”.
Pamfilova belə bir vəziyyəti restoran və yeməkxanalarda verilən kompleks xörəklərlə müqayisə etməklə izah edib:
"Yaxşı deyək ki, kompleks menyuya daxil olan vineqret sizin xoşunuza gəlmir. Siz borş və kotlet istəyirsiniz. O zaman özünüz üçün seçim etməlisiniz: “Yox əlbəttə mən, bir vineqretə görə nahar yeməyindən imtina edə bilmərəm. Vineqreti uzaqbaşı yemərəm, amma kotlet və borş mənim olacaq”.
Məmur xanım rusiyalılara hər bir düzəliş üzərində düşünməyi və “ürəyi qızdıran” və “çəkisi ağır olanlara” görə bütöv paketə səs verməyi və ya nə isə tamamilə qeyri-məqbuldursa ümumiyyətlə səs verməməyi tövsiyə edib.
Ziddiyyətli düzəlişlər
Rusiya Dövlət Duması prezident Vladimir Putinin Konstitusiyaya dəyişikliklər barədə təklif etdiyi qanun layihəsini yanvarın 23-də, birinci oxunuşda qəbul edib.
Bu düzəlişlərdə parlamentin, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi, vəzifəli şəxslərə xarici ölkələrdə oturumu olmağın qadağan edilməsi və bir şəxsin prezident olması müddətlərin məhdudlaşdıərılması, dövlətin sosial öhdəliklərinin artırılması nəzərdə tutulur.
Dövlət Dumasında ikinci oxunuşdan əvvəl Putin yeni düzəlişlər təklif edib.
Bu təkliflərə görə Konstitusiyaya Allahın adı, nikahın yalnız kişi və qadın arasında ittifaq olması barədə müddəa əlavə edilməlidir.
Bu təkliflərin arasında rus xalqının “dövlətyaradıcı xalq” olmasının təsbiti də var.
Bəzi təkliflər, xüsusilə də kilsə və milli azlqılar tərəfindən birmənalı qarşılanmayıb.
İkinci oxunuş mart ayının sonlarınadək keçirilməlidir.
Konstitusiyaya düzəlişlər paketinə isə aprelin 22-də ümümxalq referndumuna qoyulması nəzərdə tutulub.