Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Pambıq yığımı davam edir - 205 min ton...


Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar

Azərbaycanda tədarük edilmiş pambığın həcmi 205 min tonu keçib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, dekabrın 23-dək pambıq qəbulu məntəqələrinə 205 min 237 ton məhsul təhvil verilib. Təkcə dekabrın 22-də 332 ton pambıq tədarük olunduğu bildirilir.

Pambıq tədarükündə Saatlı rayonu öndədir, onlar 25 min 700 tondan artıq pambıq toplayıblar.

Sonrakı sıralarda Biləsuvar, Bərdə, Ağcabədi pambıqçıları gəlir.

Ölkə üzrə tədarük edilən pambığın yarıdan çoxunu bu rayonlar tədarük edib.

Buna da bax: Pambıq tədarükündə illik artım var, amma...

Xatırlatma

Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb.

Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləyib. Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir, vəd edilən həcmdə pambıq tədarük edilməyəcək.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Ekspertər deyirlər ki,bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG