Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:05

Pambıq tədarükündə illik artım var, amma...


İ.Əliyev Sabirabadda

Noyabrın 14-dək ölkə üzrə 175 min 201 ton pambıq tədarük edilib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Komitənin məlumatına görə, qeyd olunan göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur. Ötən il noyabrın 14-dək 64 min 149 ton məhsul tədarük edilib. Bu il ən çox pambıq Saatlıda toplanıb. Onlar tədarük məntəqələrinə 23 min 732 ton pambıq təhvil veriblər.

Biləsuvarda 21 min 454, Bərdədə isə 18 min 363 ton pambıq toplandığı bildirilir.

Bu il həm də ötən illə müqayisədə 2.7 dəfə çox – 136 min 413.2 hektar çiyid səpilib. Bu il ən çox çiyid Saatlıda əkilib - 17 min 220 hektar.

XATIRLATMA

Azərbaycanda pambıq tədarükü 2 ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb.

Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləyib.

Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir, vəd edilən həcmdə pambıq tədarük edilməyəcək.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Çünki bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib. Ekspertlərin fikrincə, pambıqçılığın xeyri ziyanından çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG