Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:22

Pakistan ABŞ-ın tələblərini icra etməyə başlayır


Hafiz Saeed
Hafiz Saeed

Pakistan hökuməti bildirir ki, ABŞ-ın terrorçu hesab etdiyi islamçı liderə məxsus xeyriyyələrin və maliyyə aktivlərinin müsadirəsini planlaşdırır.

Reuters agentliyinin xəbərinə görə Pakistan hökuməti Hafiz Saeed tərəfindən idarə olunan xeyriyyələrin nəzarətə alınması barədə məxfi və təfərrüatlı sərəncamı dekabrın 19-da vilayət və federal hökumət idarələrinə göndərib.

Bu barədə məlumatı yüksək səviyyəli görüşdə iştirak etmiş üç rəsmi Reuters agentliyinə bildirib.

Maliyyə Nazirliyinin 19 dekabr tarixli direktevində hüquq-mühafizə orqanlarına və Pakistanın beş vilayət hökumətinə Saeed-ə aid iki xeyriyyə təşkilatının – Camaat-ud-Dava və Falah-e-Insaniat Fondlarının müsadirəsinə göstəriş verilir.

Müsadirənin planı barədə sənədlər Maliyyə Nazirliyinə dekabrın 28-dək çatdırılmalı idi.

Vaşinqton bu iki xeyriyyə təşkilatını Saeed-in 1987-ci ildə təsis etdiyi Ləşkəre-Taiba qrupunun “ön cəbhəsi” hesab edir. Birləşmiş Ştatlar qrupu 2008-ci ildə 166 nəfərin həyatına son qoymuş Mumbay terror hücumları üçün məsul bilir.

Saeed Mumbay hücumları ilə əlaqəsi olduğunu təkzib edir və Pakistan məhkəməsi vaxtilə onun təqsirini isbat edə bilməyib.

Pakistan hökumətinin müsadirə qərarından az əvvəl çirkli pulların yuyulması və terrorçu təşkilatların maliyyələşdirilməsinə qarşı mübarizə aparan beynəlxalq FATF təşkilatı İslamabada xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqda deyilirdi ki, Pakistan terrorçu qruplara qarşı mübarizədən imtina etdiyinə görə nəzarət siyahısına salına bilər.

Bundan başqa BMT Təhlükəsizlik Şurasının xüsusi komissiyası Pakistanın BMT tərəfindən “terrorçu” sayılan qruplaşmalara qarşı mübarizəsinin vəziyyətini yoxlamaq üçün bu ayın axırında İslamabada səfər etməlidir.

Terrorla mübarizə müşavirələrinin həmsədri olan Pakistanın daxili işlər naziri Ahsan İqbal Reuters-ə deyib ki, o terrorçu qruplar üçün maliyyə toplayan bütün təşkilatların vəsait kanallarının bağlanmasına göstəriş verib.

Lakin o əlavə edib ki, “biz bununla kiminsə qılığına girməyə çalışmırıq və əslində xalqımız və beynəlxalq icma qarşısındakı öhdəliklərimizi icra edirik”.

Silahlı təşkilatlarla hər hansı əlaqəsinin olduğunu rədd edən Saeed-dən şərh almaq mümkün olmayıb.

Onun şəbəkəsinə 300 seminariya və məktəb, habelə xəstəxanalar, nəşriyyat və təcili yardım xidmətləri daxildir.

Noyabrda Pakistan məhkəməsi Saeed-i ev məhbusluğundan azad etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG