Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:45

İŞİD partlayışları Pakistanda 72, İraqda 55 nəfəri öldürüb


Pakistanda yaralılardan biri
Pakistanda yaralılardan biri

Pakistan polisi xəbər verir ki, fevralın 16-da ölkənin cənubundakı izdihamlı sufi pirlərindən birində İslam Dövləti adlandırılan təşkilat tərəfindən törədilmiş intiharçı bomba partlayışında ölənlərin sayı 72-yə çatıb, daha 100 nəfər yaralanıb.

Hadisə yerində çalışan xilasedicilər deyirlər ki, həlak olanların 30-u uşaqlardır.

Baş nazir Nəvaz Şərif sufi filosof və şair Ləl Şahbaz Qələndərin Sind vilayətinin Sehvan Şərif şəhərindəki məzarı üstündə törədilmiş qətliamı qətiyyətlə pisləyib.

Sehvam Şərif şəhərinin xəstəxanasından verilən xəbərə görə partlayış nəticəsində azı 72 nəfər həlak olub və 150-dən çox yaralı var. Yaralılardan bir çoxunun vəziyyəti ağırdır və bu səbəbdən də ölü sayının arta biləcəyi söylənir.

Edhi tibb xeyriyyəsi sözçüsünün dediyinə görə intiharçı Ləl Şahbaz Qələndər pirinin qadınlara aidhissəsini hədəfləyib. 30 uşağın da elə burada həlak olduğu bildirilir.

Xəbər verilir ki, Ləl Şahbaz Qələndər pirindəki partlayışdan əvvəl ötən həftə ərzində bir çox başqa hücumlar da olub.

İD-ə bağlı Aamaq internet saytı hücum üçün məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyünü yazır.

İŞİD Bağdaddakı partlayışı şiələrin maşın bazarında törədib
İŞİD Bağdaddakı partlayışı şiələrin maşın bazarında törədib

Pakistanda hər cümə axşamı minlərlə zəvvar Qələndərin məqbərəsini ziyarət edir, lakin fevralın 16-da izdiham daha böyük olub. Həmin gün şair-filosofun ölümünün 742-ci ildönümünə təsadüf edirdi.

Pakistan rəsmilıəri ölkə ərazisində törədilən hücumların Əfqanıstandan həyata keçirildiyini deyirlər.

Bu arada Əl-Cəzirə telekanalının verdiyi məlumata görə Bağdadda törədilmiş avtomobil partlayışı nəticəsində azı 55 nəfər həlak olub.

Bu basqın üçün də məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist qruplaşması götürüb.

Partlayış əsasən şiələrin olduğu maşın bazarlarından birində törədilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG