Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 04:35

Pakistanın keçmiş baş naziri həbs olundu


Polis İmran Xanın tərəfdarları ilə toqquşub
Polis İmran Xanın tərəfdarları ilə toqquşub

Pakistanın keçmiş baş naziri, müxalif “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xan paytaxt İslamabadda, Ali Məhkəmənin ərazisində həbs edilib.

O mayın 9-da ona qarşı korrupsiya ittihamına dair dinləməyə gəlmişdi.

Polisin baş müfəttişi Əkbər Nasir deyib ki, Xan tikinti şirkətindən milyonlarla dollarlıq rüşvət işi üzrə həbs olunub.

Xəbər verilir ki, keçmiş baş nazir bundan əvvəlki dinləmələrə gəlməkdən imtina edirdi və onun həbs olunması da buna görədir.

Sosial media şəbəkələrində yayılmış videolarda İmran Xanın polislər tərəfindən Ali Məhkəmə binasından çıxarılması görünür.

50-dən çox cinayət işi

“Ədalət naminə hərəkat” partiyasının mətbuat katibi bildirib ki, Xan həbs olunarkən onun başına və 2022-ci ildə sui-qəsd nəticəsində yaralanmış ayağına vurublar.

Partiya sədrinin müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi tərəfdarları ailələri ilə birlikdə küçələrə çıxıb etiraz etməyə çağırıb.

Xan və onun tərəfdarları korrupsiya ittihamlarını “qondarma və siyasi motivli” adlandırıblar.

2022-ci ildə hakimiyyətdən devrildikdən sonra İmran Xana qarşı 50-dən çox cinayət işi açılıb.

Bunların arasında terror və korrupsiya ittihamları üzrə işlər də var.

XS
SM
MD
LG