Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 17:07

Pakistan HHQ-nin komandanı Azərbaycandadır 


Müdafiə naziri Pakistan HHQ-nın komandanı qəbul edib

Yanvarın 11-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan Pakistan Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Açıqlamaya görə, tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində, o cümlədən iki ölkənin hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

***

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə bu gün, yanvarın 11-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirəcəyi, iki ölkə arasında əməkdaşlıq məsələrini müzakirə edəcəkləri gözlənir.

Şərhlər

Multimedia

XS
SM
MD
LG