Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Özünüməşğulluq proqramında aldandığını deyənlər


Astarada şəxsi təsərrüfat
Astarada şəxsi təsərrüfat

Astara rayonun Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsuluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib.O son ümidinin də puça çıxıdığını bildirib:

“Bizi aldadıblar ”

“Atasız uşaq saxlayıram. İqtisadi vəziyyətim yaxşı deyil. İşlə bağlı rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Heç yerdə işləmirəm. Mənə dedilər ki, özünəməşğulluqla bağlı proqram var. Kurs oxumalısan. Nazirlik sizə mal-qara verəcək. Neçə ay kurs oxudum. Sonra dedilər ki, mal üçün tövlən olmalıdır. Mən 4 min manat kredit götürdüm, mal tövləsi tikdim. Kredit ödəyirəm. Gəldilər iki baş inək verdilər. Dedilər ki, hər ikisinin balası var. Müqavilənin şərtlərinə görə bizə balası olan inək verməli idi. Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik.Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirk. Quluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar.”

“İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri?”

Ellada İsmayılova, dekabr 2018
Ellada İsmayılova, dekabr 2018

Ellada İsmayılova-nın yaşadığı ev Rüdəkənar kəndin girişində yerləşir. Evin qarşısında olan sahəni göstərib deyir ki, otlaq sahəsi var. Elə bu sahəni nəzərdə tutaraq özünəməşğulluq proqramına qoşulub. Lakin deməsinə görə, yağışdan çıxıb, yağmura düşüb:

“Fikirləşirdim ki, inəklər süd verər, onun südü ilə vəziyyətimi düzəldərəm. Azyaşlı uşaq saxlayıram. İndi də iki baş inək mənim üstümdə qalıb. Bir aydır kəpək, ot verirəm. Bir aylıq xərcim 50-60 manat tutur. Hamsını da borc edirəm. İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri saxlayım?”

“Nazirin bundan xəbəri yoxdur”

Kənd sakini özünəməşğulluqdan imtina etmək istədiyini deyir:

“Mənim ziyanımı ödəsinlər, heç nə istəmirəm. Bu özünəməşğulluq deyil xalqı aldatmaqdır.Nazirin bundan xəbəri yoxdur. Nazir eşitsə onları cəzalandıracaq. Mənim ümidim nazirədir.Bu inəklərin balası yoxdur, hələ üstəlik tələb edirlər ki, artım edin.”

Ellada İsmayılova deyir ki, üzləşdiyi problemlərlə bağlı ölkə prezidentinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə və rayon rəhbərliyinə müraciət edib.

“Müqaviləyə görə, mənə 3 baş sağmal inək verməli idilər. Amma...”

Nəsimi Həsənov
Nəsimi Həsənov

Həmin proqramına qoşulan Ərçivan kənd sakini Nəsimi Həsənov da bağlanmış müqavilənin şərtlərinə əməl edilmədiyini söyləyir:

“Mənə verilən inəklərdən narazı deyiləm. Müqaviləyə görə mənə 3 baş sağmal inək verməli idilər. Amma 2 baş inək veriblər. Müqavilədə qiymətlər 4800 manat göstərilir. Mənə verilən inəklərin dəyəri isə fikrimcə, 2000 manat edər. Malların yemini yaydan hazırlamışam, özüm tədarük etmişəm. Mənə veriləcək malı çoxdan gözləyirdim.”

“Müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir”

Otlaq
Otlaq

O deyir ki, hələlik, inəklərdən qazanc yoxdur:

“İnəklərdən biri sağılır, gündə 1,5 litr süd verir.Bunun da satış qiyməti 1 manat 50 qəpikdir. Arıqdır, amma cinsi yaxşıdır. Artım olacaq. Ən azı 2 il gözləməli olcağıq ki, xeyrini görək. Biznes planında tez bir zamanda qazanc götürmək barədə qeydələr var. Ancaq nəzərdə tutulmuş mallar bizə verilmədi. Mən onlara dedim ki, qoy inəkləri özüm axtarıb tapım. Siz alın. Onlar razı olmadılar. Bir qəssabla gəzirdilər. Birinci dəfə arıq mal gəitrdilər, qaytardım. Dövlətin bu istiqamətdə verdiyi dəsdək təqdirə layıqdir. Amma müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir. Hələ ki,bunun xeyrini yuxarılar görür, biz yox.”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq xidmətinin Astara rayon Məşğulluq Mərkəzi-ndə olduq.

Orada eşitdik ki, Mərkəzin direktori Emin Şiryev bu vəzifəyə yenicə təyin olunub. İdarədən bildirdilər ki, özünəməşğulluq proqramına qoşulan işsiz şəxslərlə bağlanmış müqavilələrə əvvəlki müdiriyyət imza atıb. Amma əvvəlki rəhbərliklə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.

Rəhbərlik: “Kimin şikayəti varsa müraciət etsin, baxaq”

Yeni rəhbərliyin, Emin Şireyev-in isə deməsinə görə inəklər təhvil verilərkən akt bağlanır. O qeyd etdi ki, həmin akta inəkləri təhvil alan şəxs də imza atıb.

E. Şiriyevin vurğulamasına görə, aktlarda inəklərin sağlam olduğu göstərilir:

“Rayonda 83 nəfərə özünəməşğulluq çərçivəsində inək verilib. Kimin şikayəti varsa müraciət etsin, baxaq. Bütün işlər razılaşma və müqavilə əsasında həyata keçirilir.”

Sənədlərə baxanda...

Sənədlərə görə, özünəməşğulluq proqramına qoşulan işsizlərlə 24 ay müddətinə müqavilə bağlanıb. Əmlak iki ildən sonra müqavilənin şərtlərinə tam əməl edən şəxslərin mülkiyyətinə verilir. Qaydaya görə əmlakı təhvil verərkən bağlanmış akta Məşğulluq Mərkəzin, təchizatçı şirkətin nümyəndələri və işsiz şəxs imza atırlar. İnəklərin alınması ilə bağlı aktlarda təchizatçı şirkətin adı yoxdur.Yalnız imza var...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG