Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:38

Pambıq zavodlarını bir şirkət alıb


Hərrac
Hərrac

Ötən il sentyabrın 14-dən bərpa edilən hərraclar uzun illərdən sonra özü ilə rəqabətli mühit də gətirib. İndi bazar qiyməti ilə təklif olunan obyektlərə əvvəllər onların formal sahibi kimi tanınan şəxslər də yaxın düşə bilmirlər.

243 DAŞINAN VƏ DAŞINMAZ ƏMLAK SATILIB

AzadlıqRadiosu hərracların nəticələrinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) təqdim etdiyi məlumatlar əsasında ümumiləşdirmə aparıb. Məlum olub ki, dekabrın 27-də keçirilən son hərraclar da daxil, ötən il cəmi 63 avtonəqliyyat vasitəsi və 3 helikopter, 48 qeyri-yaşayış sahəsi, 98 kommersiya tipli obyekt, 29 səhmdar cəmiyyətinə aid səhmlər və digər əmlak – toplam 243 daşınan və daşınmaz əmlak obyekti satılıb.

Buna da bax-'Daşkəsən Filizsaflaşdırma'ya müştəri tapılmadı

İLK DƏFƏDİR Kİ, ƏMLAK TORPAQLA BİRGƏ TƏKLİF OLUNUR

Səhmlər nəzərə alınmadan hərraca çıxarılan əmlaklar ilkin hərrac qiymətindən (9 milyon 996 min 130 manat) 416 min manat baha satılıb. Bu ildən ƏMDK hərraca çıxarılan əmlakı altındakı yerləşən torpaq sahəsi ilə birgə satır. Özəlləşdirmədən gözlənilən daxilolmaların yüksək olması həm də bu amillə bağlıdır.

Özəlləşdirmədən daxilolmalar bununla bitmir. Fəaliyyətdə olan kommersiya obyektlərinin işçiləri bu obyektlərin 15 faizlik hissəsini açıq hərraca qatılmadan əldə etmək hüququna malikdirlər.

Buna da bax-Özəlləşdirmə 1996-cı ildəki kimi niyə getmir?

Sentyabr-dekabr aylarında səhm satışından dövlət büdcəsinə, azı, 4 milyon 500 min manatın daxil olacağı gözlənilir. Bunun 3 milyon 446 min 250 manatı 11 pambıqtəmizləmə zavodunun payına düşür. AzadlıqRadiosuna məlumatlı özəl mənbənin verdiyi məlumata görə, pambıq zavodlarının bütün səhmlərini «MKT İstehsalat Kommersiya» MMC alıb. Hərraca tək qatılan bu şirkət səhmləri yarı qiymətinə - hər birini 1 manata əldə edib.

«ALDIM QOZ, SATDIM QOZ»

Bir fakt diqqət çəkir ki, öncəki illərdə ƏMDK dövlət əmlakının özəlləşdirməsindən əldə etdiyi vəsaitin, demək olar, hamısını elə həmin prosesin təşkilinə xərcləyib. Başa çatmış 2016-cı və bu il dövlət büdcəsindən özəlləşdirmənin təşkilinə 25 milyon manat ayrılıb. ƏMDK həmin vəsaitin xərclənmə istiqamətləri barədə ictimaiyyəti məlumatlandırmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG