Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:46

'Daşkəsən Filizsaflaşdırma'ya müştəri tapılmadı


Daşkəsən Filizsaflaşdırma.
Daşkəsən Filizsaflaşdırma.

Əmlak Məsələləri Dövlət Komitəsindəki (ƏMDK-dakı) müsabiqə komissiyası «Daşkəsən Filizsaflasdırma» ASC-nin özəlləşdirilməsi üçün yeni müsabiqə elan edib. Daha öncə keçirilməsi nəzərdə tutulan müsabiqənin baştutmama səbəblərinə aydınlıq gətirilməyib.

Sirr pərdəsi qaldırılmır? «İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları»na əsasən, belə müsabiqələr bu hallarda baştutmamış sayılır: iştirak ərizəsi verilmədikdə, iddiaçıların heç biri iştirakçı kimi tanınmadıqda və iddiaçı tək şəxs olduqda. ƏMDK-nın ictimaiyyətlə əlaqələr sektoru AzadlıqRadiosu-nun bunlardan hansının baş verdiyi haqda sualını cavabsız qoyub.

Buna da bax:​ 'Baku Steel'in sədrinin müşavirinə çıxış qadağası

Müsabiqə təklifləri qəbulunun son tarixi 19 dekabr idi. ƏMDK növbəti müsabiqə (sənədlərin qəbulu yanvarın 31-də başa çatır) haqda dünən (dekabrın 28-də) məlumat yayıb.

«Baku Steel Company» nəyi necə tikəcək?

Maraqlıdır ki, bu müəssisənin xammalından (dəmir filizi konsentratından) istifadə etməklə polad məhsulları istehsalı üzrə Sumqayıtda 5 zavodun tikintisi haqda saziş dekabrın 20-də İqtisadiyyat Nazirliyində imzalanıb. Hər şey ona dəlalət edirdi ki, Daşkəsəndəki kombinatın özəlləşdirilmə müsabiqəsində «Baku Steel Company» («BSC») MMC qalib elan olunacaq. Çünki bu müəssisənin İtaliyanın «Danieli» şirkəti ilə 1,225 milyard avro dəyərində qiymətləndirilən sazişinin ilk «zənciri» «Daşkəsən Filizsaflasdırma» ASC-dir.

Buna da bax: ‘Daşkəsən Filizsaflaşdırmanı kim alıb?’ sualı cavabsız qalır

«Baku Steel Company» MMC-nin müsabiqədə iştirak edib-etmədiyi və bununla bağlı planları haqda AzadlıqRadiosu-nun sualı cavabsız qalıb.

«BSC»nin daha əvvəlki özəlləşdirmə təcrübəsi

Şirkət 1998-ci ildə investisiya müsabiqəsi yolu ilə «Bakelektroqaynaq» və «Baku Oxigen Company» ASC-ləri, 2013-cü ildə «Azərboru» ASC-nin səhmlərini satın alıb. Hazırda «BSC» Azərbaycan ərazisində həm də «Baku Steel Construction», «Azərtəkrarqarametal» və «Bakı Dəniz Balıq Limanı» ASC-lərə və «Xəzər-Boru» MMC-yə nəzarət edir.

Buna da bax:​ Sumqayıtda dəyəri 1 mlrd. avro olan zavod tikiləcək

Şərt elə o şərtdir

ƏMDK bu kombinatın özəlləşdirilməsi üçün, əvvəlki kimi, ən azı, 600 milyon dollar sərmayə qoyuluşu tələb edir. Qalib şirkət səhmdar cəmiyyəti səhmlərinin 99,22 faizini özəlləşdirməkdən ötrü dövlət büdcəsinə, azı, 110 milyon manat bonus köçürməyə boyun olmalıdır.

«Daşkəsən Filizsaflasdırma» ASC əvvəlki illərdə iki dəfə xarici sərmayəçilərə satılsa da, sonradan səhmlər geri alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG