Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:18

Özbəkistanda imamlara pambıq yığımına adam toplamağı tapşırırlar


Özbəkistanın Əndican vilayətinin rəhbəri sentyabrın 16-da keçirdiyi toplantıda yerli imamlara tapşırıb ki, məscidə gələnlər və məhəllə sakinlərini pambıq yığımına cəlb etsinlər.

İzbaskan rayonundan olan imamlardan birinin anonim şəkildə Azadlıq Radiosunun Özbəkistan xidmətinə verdiyi məlumata görə, toplantıda imamlar, dini müşavirlər, məhəllə nümayəndələri və bir sıra yerli fəallar iştirak edirmiş.

Toplantının əsas mövzusu insanları pambıq yığımına cəlb etmək olub.

İmamın sözlərinə görə, onlara 10-15 nəfərlik qruplar yaratmaq tapşırılıb.

“Bu gün artıq bazar ertəsidir, amma hələ ki, heç kimi pambıq yığımına çağırmamışam. Heç kim hələlik məndən heç nə tələb etməyib” imam Azadlıq Radisunun müxbirinə bildirib.

Foto arxiv
Foto arxiv

Onun sözlərinə görə, yerli hakimiyyətlər hər il pambıq mövsümü başlayanda imamlara bu cür quruplar təşkil etməyi tapşırırlar.

Amma imam deyir ki, ötən il keçmiş president İslam Karimov vəfat edəndə, matəmə görə onları axtaran olmayıb, ancaq əvvəlki illərdə pambıq sahələrinə çox adm çıxarıblar.

Əndican hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı Azadlıq Radiosunun müxbirinin sualını eşidən kimi dəstəyi asıb.

Özbəkistanın sosial şəbəkə istifadəçiləri radioya bildiriblər ki, ölkənin digər regionlarında da imamlara pambıq yığımına adam toplamaq həvalə olunur.

Buxaradan olan bir nəfər radioya yazır.

“Buxarada hakimin dini məsələlər üzrə müşaviri yerli imamlara məscidə gələnləri pambıq yığımına aparmağı göstəriş verib.Son vaxtlar imamlara çox iş tapşırırlar.Onlar məhəllələr, məktəblər, kolleclər və dövlət təşkilatlarında dini təblğat aparmalıdırlar.

Yazıq imamlar bilmirlər ki, bu tapşırıqlardan hansını birinci yerinə yetirsinlər”.

Azadlıq Radiosunun Özbəkistan xidməti əvvəlki illərdə də pambıq mövsümü vaxtı imamların cümə moizələrində sakinləri yığma çağırması barədə yazılar dərc edib.

Hətta bəzi imamlar pambıq yığımını islamda mütləq hərəkətlərdən biri kimi dəyərləndirib, bir sıra məscidlərdə isə camaatdan pambıqçıların ehtiyacı üçün pul da yığılıb.

Foto arxiv
Foto arxiv

Bir neçə kənd məscidinin imamı isə ötən il özləri pambıq yığımına çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG