Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:09

Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?


Shavkat Mirziyaev

Dekabrın 4-də Özbəkistan vətəndaşları öz prezidentini seçəcək. Bu, ölkənin 25 illik müstəqillik tarixində 5-ci belə seçkidir. Ancaq ilk dəfədir ki, seçki bülletenlərində Islam Karimov-un adı olmayacaq.

Karimov-un sentyabrın 2-də açıqlanmış ölümü Özbəkistanın avtoritar hökumətində, cüzi də olsa, dəyişikliklərə ümid oyadıb.

Shavkat Mirziyaev 2003-cü ildən indiyədək Özbəkistanın baş naziridir. O, sentyabrdan bəri həm də prezident səlahiyyətlərini icra edir.

Vaşinqtondakı Beynəlxalq Respublikaçılar İnstitutu direktorunun Avrasiya məsələləri üzrə müavini Bakhtiyor Nishanov hakimiyyətin bu şəkildə ötürülməsini "qeyri-konstitusion" proses adlandırır. O deyir ki, Konstitusiyaya görə prezident səlahiyyətlərini icra etməyə qadir olmadıqda onun slahiyyətləri növbəti seçkilərə qədər Senatın spikerinə keçir.

“Seçki deyil…”

RFE/RL-in özbək xidmətinin ("Ozodlik") rəhbəri Alisher Siddik 4 dekabr səsverməsini "seçki deyil, Shavkat Mirziyaev-in prezidentliyinin təsdiqi” adlandırır.

Mirziyaev-in prezident seçilməsinin öncədən bilinməsi Karimov-un ilk vaxtlarda prezident seçilməsini xatırladır.

Bakhtiyor Nishanov qeyd edir ki, son seçki kampaniyası əvvəlkilərdən bir qədər fərqlənib:

“Keçmişdə hər şey sovetsayağı idi. Yəni, "get, öz vətəndaşlıq borcunu yerinə yetir" şəklində. Ancaq bu dəfə proses bir qədər yumşaldılmış, gənclərin qarşısına pop musiqiçilər çıxarılmışdı".

Seçkidə iştirak sayı vacib olacaq, çünki Özbəkistanın 2-ci prezidenti öz populyarlığını, "özbək xalqının ona səs verməkdə göstərdiyi coşqunu" nümayiş etdirmək istəyəcək.

Başqa namizədlər

Mirziyaev-lə birlikdə az tanınan üç namizəd də seçkiyə qatılıb. Xalq Demokratik Partiyasından Khotamjon Ketmonov və Adolat Partiyasından Nariman Umarov ötən ilin martında keçirilmiş prezident seçkilərində də iştirak etmişdilər.

Siddik-in sözlərinə görə, bu dəfə seçki rəsmiləri yəqin ki səs fərqinə "düzəliş edəcəklər". Çünki Mirziyaev “99 faiz səs toplayacaq. Amma onun diktator olduğunu lap əvvəldən göstərmək istəmədiklərindən, səs faizlərini bir qədər endirəcəklər".

Mirziyaev-in topladığı səs faizi, çox güman, bu seçkilərin tək maraqlı özəlliyi sayılmalıdır. Axı 90 faizdən çox səs onun bu yeni vəzifədə özünə bir o qədər də güvənmədiyini, populyarlığını bu yolla nümayiş etdirməyə çalışdığını göstərə bilər.

Səslərin 90 və hətta 80 faizdən azını toplaması Mirziyaev-in hakimiyyətdə möhkəm olması mənasına da gəlir. Bu həm də Qərbin Özbəkistanda demokratik islahatların aparılmasına dair narahatlığı haqqında onun, ən azı, danışmağa hazır olduğu mesajını verə bilər.

Seçkilərdən sonra Mirziyaev-i çətinliklər gözləyir

“Özbəkistan hökuməti nəhəng problemlə üz-üzədir. Bu, ölkədəki iqtisadi vəziyyətlə bağlıdır", - Nishanov belə deyir.

Siddik qeyd edir ki, seçki kampaniyasında Mirziyaev-in əsas vədlərindən biri ölkəyə "çoxlu investisiya cəlb etmək" idi.

Ancaq bu investisiyanın haradan gələcəyi böyük sual doğurur. Çin bu vaxtadək Özbəkistana önəmli sərmayə yatırsa da, onun, demək olar, hamısı Mərkəzi Asiya resurslarının Çinə daşınmasına yönəlib.

Rusiya artıq Özbəkistana daha çox investisiya qoymağa hazır olduğunu bildirib. Noyabrın sonunda "LUKoil" Özbəkistanda benzindoldurma məntəqələri şəbəkəsi qurmağı təklif edib. Mirziyaev-in bir neçə aylıq idarəçiliyi dövründə Rusiya Özbəkistana sərmayə qoymağa maraq göstərən yeganə ölkə olub.

Amma bu da var ki, Özbəkistan hökuməti Rusiyaya həddindən çox yaxınlaşmaqdan həmişə çəkinib. Mirziyaev ölkəni idarə etməyə başlayandan bəri Özbəkistan Avrasiya İqtisadi Birliyinə (AİB-ə) və Kollekstiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT-yə) qoşulmaqda maraqlı olmadığını vurğulayıb.

Düzdür, rəsmi rəqəmlərə görə, Özbəkistanın 1,5 milyon vətəndaşı əməkçi miqrant kimi Rusiyada çalışır. Real rəqəmsə bundan iki dəfə çox ola bilər.

“Mirziyaev bu barədə fikir bildirməyib”

Amma Rusiyada çalışan özbəklərin evə göndərdiyi pullar xeyli azalıb. Bu isə Özbəkistan iqtisadiyyatına mənfi təsir göstərib. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2013-cü ildə Özbəkistana göndərilmiş pullar 6,63 milyard dollar olubsa, 2016-cı ilin ilk yarısında 952 milyon dollara düşüb.

Seçkilərdən sonra həyata keçirilməsi gözlənilən planlardan biri də Özbəkistan valyutasının - somun üzən məzənnəyə keçməsidir. Ancaq bu da qeyd edilir ki, qonşu Qazaxıstanda tengenin üzən məzənnəyə keçməsi 1990-cı illərin sonlarından bəri görünməmiş ciddi sosial problemlər doğurub.

Söz azadlığı və siyasi plüralizmə gəlincə, ekspertlər bu sahədə hər hansı müsbət dəyişikliyin olacağına şübhə edirlər.

Mirziyaev heç vaxt bu barədə fikir bildirməyib... O, bircə müsahibə də verməyib..

Hansı ümidlər var?

Özbəkistan hökumətinin bu yaxınlarda bir neçə siyasi məhbusu azad etməsinə ümid nişanəsi kimi də baxanlar var. Ancaq Nishanovun sözlərinə görə, bu, əvvəllər Karimov-un da əl atdığı, yaxşı imic yaratmağa yönəlmiş taktikadır.

Mirziyayev-in gerçək populyarlıq qazanması üçün cəmiyyətə faydalı ola biləcək bəzi jestlər etməsinə də ümid bəsləyənlər var. Türkmənistanın 2-ci prezidenti Gurbanguly Berdymukhammedov da hakimiyyətinin ilk ilində elə davranmışdı.

Özbəkistanda 'Mini-Həcc'

Özbəkistanda 'Mini-Həcc'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

XS
SM
MD
LG