Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 06:01

Prezident qızını məsul vəzifəyə qoydu


Özbəkistan - Shakhnoza Umarova (solda)
Özbəkistan - Shakhnoza Umarova (solda)

Özbəkistanın yeni prezidenti Şavkat Mirziyayevin kiçik qızı Şaxnoza Umarova məktəbəqədər tərbiyə üzrə nazirlikdə məsul vəzifəyə təyin edilib.

Nazirlik bu ilin sentyabrında prezidentin fərmanı ilə yaradılıb.

31 yaşlı Şaxnoza Umarovanın təyinatı barədə AzadlıqRadiosunun Özbəkistan xidməti hökumətdəki mənbələrinə istinadla xəbər yayıb.

Amma hələ ki vəzifənin nədən ibarət olması rəsmən açıqlanmayıb.

Amma Radio öz mənbələrinə istinadla yazır ki, prezidentin qızı məktəbəqədərki tərbiyə müəssisələrinin islahatı ilə məşğul olacaq.

Prezident Şavkat Mirziyayevin dekabrın 18-də keçirdiyi videoselektor müşavirəsində Şaxnoza Umarova məktəbəqədər tərbiyə üzrə nazir Aqrippina Şinlə yanaşı oturmuşdu.

Buna da bax: Mirziyoev hökumətdə dəyişikliklər edir

Xatırladaq ki, bu nazirlik 2017-ci ilin sentyabrında prezidentin fərmanı ilə yaradılıb.

Fərman "Məktəbəqədər təlim müəssisələrində köklü islahatlar barədə" adlanır.

Hökumət istəyir ki, yaxın illərdə 5-6 yaşlı uşaqların hamısının bağçalara getməsinə nazil olsun.

A.Şin deyib ki, uşaq bağçaları Cənubi Koreyanın təcrübəsi əsasında yaradılacaq. Belə bağçalar çox böyük olmayacaq. 50-150 uşaq üçün nəzərdə tutulacaq.

Yaxın rəfiqələrindən biri deyib ki, Şaxnoza Umarova bir neçə il Cənubi Koreyada yaşayıb. Onun həyat yoldaşı Özbəkistanın Cənubi Koreyadakı konsulluğunda çalışıb. Şaxnoza orada uşaq dünayay gətirib.

XS
SM
MD
LG