Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Mirziyoev hökumətdə dəyişikliklər edir


Shavkat Mirziyoev, arxiv fotosu

Özbəkistan prezidenti Shavkat Mirziyoev kabinetdə dəyişikliklər edib, uzun illərdir vəzifədə olan iqtisadiyyat və ticarət nazirlərini dəyişib.

Dövlət mediasının yazdığına görə, Mirziyoev noyabrın 27-də imzaladığı sərəncamla 2011-ci ildən iqtisadiyyat naziri olmuş Galina Saidova-nı Botir Hojaev-lə əvəzləyib. Hojaev daha öncə maliyyə naziri idi.

Baş nazirin müavini Jamshid Qochqarov-a isə maliyyə naziri kimi əlavə səlahiyyətlər verilib.

2012-ci ildən iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri postunu tutan Elyor Ganiev də vəzifədən kənarlaşdırılıb. Onu kimin əvəzlədiyi bəlli deyil.

Mərkəzi Bankın rəhbəri Suhrob Halmurodov baş nazirin müavini və investisiyalar, innovasiyalar, azad iqtisadiyyat və sənaye zonaları və turizm agentliyinin rəhbəri təyin olunub.

Halmurodov həmçinin yeni yaradılmış İnnovasiya İnkişaf Nazirliyinə nəzarət edəcək.

Ötən ilin sentyabrında prezident Islam Karimov-un ölümündən sonra Mirziyoev bu vəzifəni icra etməyə başlayıb, dekabrda isə prezident seçkisini udub.

O, Karimov erasının bir sıra rəsmilərini işdən çıxarıb, 30 milyon əhalisi olan bu ölkənin iqtisadiyyatını düzəltməyə yönəlik addımlar atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG