Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Özbəkistanın keçmiş baş prokurorunun məhkəməsi başlanıb


Rashitjon Qodirov
Rashitjon Qodirov

Özbəkistan hökumətinə yaxın mənbələr AzadlıqRadiosuna bildirib ki, Daşkənddə Özbəkistanın korrupsiyada ittiham edilən keçmiş baş prokuroru Rashidjon Qodirovun məhkəməsi başlanıb.

AzadlıqRadiosuna daxil olan xəbərlərə görə ilk dinləmə yanvarın 7-də paytaxt Daşkəndin Yunusobod rayon məhkəməsində keçirilib.

Özbəkistan Ali Məhkəməsinin adının çəkilməsini istyəməyən rəsmisi AzadlıqRadiosuna deyib ki, proses bağlı qapılar arxasında keçirilir. Mənbə bundan artıq təfərrüat verməyib.

Baş Prokurorluğun rəsmi nümayəndəsi isə AzadlıqRadiosuna bildirib ki, dinləmələr barədə məlumatlar dərhal açıqlanmayacaq:

"Bu iş üzrə istintaq məxfidir və hazırda məhkəmə nəzarəti altındadır. Proses barədə məlumatın nə vaxt və necə ictimailəşdiriləcəyi barədə qərarı da məhkəmə qəbul etməlidir”.

Qodirov ötən ilin fevralında həbs edilib və ona qarşı zorla pul qopartmaq, rüşvətxorluq və səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

Gulnara Karimova
Gulnara Karimova

Keçmiş baş prokuror vəzifəsindən kənarlaşdırıldıqdan üç il sonra həbs edilib. O vəzifəsini mərhum prezident İslam Karimovun böyük qızı Gulnara Karimovanın işi üzrə təhqiqatla bağlı orqan işçilərinə qarşı repressiyalar dalğasında itirmişdi.

Karimova Özbəkistanda 2014-cü ildə saxlanmışdı. Özbəkistan hakimiyyət orqanları 2017-ci ildə bildirmişdilər ki, Karimova zorla pul qopartmaq, mənimsəmə və vergidən yayınma ittihamları ilə mühakimə olunduqdan sonra 2015-ci ildə beş il müddətinə “azadlığının məhdudlaşdırılması” cəzasına məhkum edilib.

2014-cü ildə Karimovaya qarşı ilkin ittihamlar irəli sürüləndə Qodirov ölkənin Baş Prokurorluğuna artıq 15 il idi ki, rəhbərlik edirdi.

Hakimiyyətə Sovet İttifaqının çökməsindən sonra gəlmiş İslam Karimovun hakimiyyəti illərində Özbəkistan xarici aləmdən təcrid olunmuşdu və iqtisadi durğunluq dövrünü yaşayırdı.

Karimov 2016-cı ildə dünyasını dəyişdikdən sonra ölkə prezidenti seçilmiş Shavkat Mirziyoev hökumət nazirliklərini açıq şəkildə tənqid etmiş və Karimovuin kadrlarını tutduqları postlardan azad etməyə başlamışdı.

2017-ci ilin avqustunda keçirilən müşavirədə Mirziyoev Baş Prokurorluğun rəsmilərini “ən böyük oğrular” adlandırmışdı.

Qodirovun həbsindən bir neçə hədftə əvvəl ölkə milli təhlükəsizlik xidmətinin qüdrətli rəhbəri Rustam İnoyatov vəzifəsindən kənarlaşdırılmışdı.

XS
SM
MD
LG