Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Özbək müxalifətçi 12 ildən sonra azadlığa buraxıldı


Isroiljon Kholdorov (solda)
Isroiljon Kholdorov (solda)

Özbəkistanda 2005-ci ilin Əndican qətliamı ilə bağlı həbs edilmiş müxalifət siyasətçisi və insan haqları fəalı İsroiljon Xoldorov 12 il məhbus olduqdan sonra azadlığa buraxılıb.

İnsan haqları müdafiəçisi Saidjahon Zaynobiddinov AzadlıqRadiosuna deyib ki, Xoldorov fevralın 21-də azad edilib və hazırda doğma Əndicanda ailəsi ilə birlikdədir.

Müxalif Erk (Azadlıq) partiyasının Əndican şöbəsinin rəhbəri olmuş Xoldorov 2005-ci ilin 13 mayında Əndicanda baş vermiş qanlı hadisənin əsas informasiya mənbəyi idi. O vaxt təhlükəslzik qüvvələri dinc antihökumət mitinqini gülləbaran edərək yüzlərlə insanı öldürmüşdülər.

Qətliam baş verəndə artıq bir neçə gün idi ki, Əndicanda 23 iş adamının həbsi ilə bağlı etiraz aksiyası keçirilirdi. Keçmiş prezident İslam Karimovun hökuməti sözü gedən biznesmenləri İslam ekstremisti olmaqda ittiham edirdi. Lakin nümayişçilər onların siyasi baxışlarına görə təqib olunduqlarını deyirdilər.

Hakimiyyət Əndican hadisələrində 187 nəfərin həlak olduğunu, bunların da əksəriyyətinin terrorçular olduqlarını və ya terrorçular tərəfindən öldürüldüklərini bildirirdi. Qətliam geniş beynəlxalq hiddətə səbəb olmuş və Avropa İttifaqının Özbəkistana qarşı sanksiyaları ilə nəticələnmişdi. Sanksilayar sonradan yumşaldılmışdı.

2006-cı ildə həbs edilən Xoldorov konstitusiya quruluşuina qarşı fəaliyyətdə və sərhədi qanunsuz keçməkdə ittiham edilmişdi. O həmin vaxt 6 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan həbsdəykən cəza müddəti iki dəfə uzadılmışdı.

Fevralın 21-də azad olunduqdan sonra Xoldorov prezident Şavkat Mirziyoyevə, habelə yerli və beynəlxalq insan haqları təşkilatlarına təşəkkürünü bildirib.

Prezident Mirziyoyev hakimiyyətə gəldikdən sonra qısa müddətdə əvvəllər siyasi motivlərlə məhbus edilmiş bir sıra ictimai xadimi, jurnalisti və siyasətçini həbsxanadan azad edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG