Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Özbəkistanda dollar almaq çətinliyi


Özbəkistan
Özbəkistan

İmkansızı necə mümkün etməli

Özbəkistanda artıq dörd ildir hətta banklarda belə nağd şəkildə valyuta almaq, demək olar, mümkün deyil. Əvvəllər qanunla respublikanın istənilən vətəndaşı rübdə bir dəfə 2 min dollara qədər valyuta əldə edə bilirdi. 2013-cü ilin fevralından dollar, ya da avro almaq istəyənlərin (məsələn, xaricə gedənlərin) bircə yolu qalır – beynəlxalq konversiya kartı - Visa kartı açdırmaq. Bu kartdansa məhdud müddətdə – üç il ərzində yararlanmaq olar. Ona nağdsız şəkildə yerli valyuta köçürülür, bundan sonra bank onları dollara, ya da avroya çevirir.

Buna da bax: Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

Hərçənd Currenttime-ın əməkdaşı üzə çıxarıb ki, gerçəklikdə konversiya kartıyla dollar, ya da avro əldə etmək mümkünsüzdür. Qanunla müəyyənləşdirilmiş kvartalda bir dəfə 2 min dollar yerinə, banklar, uzağı, 500 dollar köçürürlər. Üstəlik də, həmin məbləğdən 100 dolları “sığorta depoziti”dir. Onu hesabdan çıxarmaq olmaz. Kartın istifadə müddəti başa çatanadək orda qalır.

Amma məqalə müəllifinin və onun tanışlarının təcrübəsinə görə, hətta hesaba 500 dollar köçürülməsi özü də, az qala, əlçatmaz arzudur. Əksər banklar karta ancaq 200-300 dollar köçürə bilirlər. Hətta həmin məbləğ də banklarda hər gün tapılmır.

Özbəkistan dollar problemi, 2017
Özbəkistan dollar problemi, 2017

3 İSTİQAMƏTDƏ KART VERİLİR

Adi Özbəkistan vətəndaşının bankla söhbəti təxminən bu şəkildə baş verir:

– Sizdə konversiya kartını qeydiyyatdan keçirə bilərəmmi?

– Bunu nə üçün edirsiniz? Biz üç istiqamətdə belə kart veririk: əməliyyata, müalicəyə, təhsilə.

-Ancaq bu üç istiqamətdə?

-Bəli, bəli, biz özəl bankıq, dövlətinki deyilik.

-Tutalım, mən xaricə getmək istəyirəm. Sizdə ancaq xaricdə istifadə üçün kart açdıra bilmərəm?

-Yox, bizdə belə şey yoxdur. Biz 500 dolları təhsil köçürməsi kimi qəbul edirik. Onun 100 dolları depozit olacaq, 400-nü təhsilə yollayacağıq.

Buna da bax: Ekspert: 'Manat tezliklə düşəcək...'​

Nağdsız hesablar sferasında da durum ürəkaçan deyil. Özbəkistanda valyutayla ödəmə ancaq hesab-faktura şəklində mümkündür. Amma yenə də istisnasız olaraq müəyyən ehtiyaclar üzrə, yəni yenə də təhsil, ya da xaricdə müalicə üçün. Bu cür nağdsız hesablaşmaların başlıca problemi növbələrdir. Adətən, vətəndaş nağdsız köçürmə növbəsinin çatmasına görə bir ay, bəzən daha çox gözləməli olur. Həmin müddətdə tələbəni çox çətinliklə qəbul olunduğu ali məktəbdən vaxtında ödəmə etmədiyinə görə qova bilərlər. Həmin vaxt ərzində ağır xəstənin başına gələcəkləri isə təsəvvür etmək belə dəhşətlidir.

ÜSKÜK OYUNU

“Biz burda hər zaman dövlətlə üskük oyunu oynayırıq”, – özbək kinorejissoru Oleq Karpov hiddətlənir: “Dövlət hər zaman udur. Bu kartlar da həmin üskük oyunudur”.

Özbəkistan, Oleq Karpov, 2017
Özbəkistan, Oleq Karpov, 2017

Özbəkistan vətəndaşı konversiya kartından bircə xaricdə yararlana bilər. Ancaq bu kartla ölkədən çıxanların sözlərinə görə, ondan ayda 300 dollardan, günə isə 100 dollardan çox pul çıxarmaq mümkün deyil. Əgər kartda pul çoxdursa, yerdə qalanı götürə bilmək üçün növbəti ayı gözləmək lazımdır.

Özbəkistan vətəndaşları ən çox Türkiyəyə, Çinə və Birləşmiş Ərəb Əmirliklərinə gedirlər. Bu ölkələrdəsə konversiya kartıyla özbək banklarından dollar çıxarmaq və ya mağazalarda ödəmə etmək qətiyyən mümkün deyil. “Kapital bank”ın əməkdaşının sözlərinə görə, bunun günahkarı Visa ödəmə sisteminin qaydalarıdır. O, adıçəkilən həmin üç ölkədə bankın kartlarının işləmədiyini, qarşılıqlı hesablaşmalarda problem olduğunu, səbəbləri araşdırdıqlarını deyir.

Buna da bax: 'Müavinətlər gecikir, çörəyi də nisyə alıb yeyirik'​

“QARA BAZAR”DAN ALMAQ

Başqa sözlə, heç olmasa, aviabilet ala bilməkdən ötrü Özbəkistan vətəndaşına “qara bazar”da valyuta almaq daha çox sərf edir. Çünki burda valyutanın məzənnəsi rəsmi məzənnədən, azı, iki dəfə bahadır. Ancaq bu da qanunsuz sövdələşmə sayılır deyə, buna görə vətəndaşıüç aydan beş aya kimi minimal əməkhaqqı məbləğində cərimə və ya 6 aydan tutmuş 3 ilədək həbs gözləyir.

“Niyə adamlar onlara qanunla müəyyən edilmiş rübdə 2 min dolları ala bilmirlər, halbuki hər gün bankların konversiya şöbələrində “qara alverçilər” əl-ayağa dolaşırlar, maşınlarla pulu “arxa”ya ötürürlər?” – işadamı Munira Ziyakaeva əsəbi halda sual edir: “Və bundan nə qədər lazımdır, o qədər də alırlar! Niyə dövlət buna heç bir önəm vermir?”

Özbəkistanda valyuta alışı ilə bağlı problemlər vaxtaşırı sosial şəbəkələrdə də müzakirəyə çıxarılır. Amma ölkə vətəndaşları, hələlik, çıxış yolu tapa bilmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG