Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

Politoloq:"Ovik Abramyan Sarkisian üçün təhlükəli adama çevrilir"


Stepan Danielyan
Stepan Danielyan

“Keçmiş baş nazir Ovik Abramyan prezident Serzh Sarkisian və hakim “Respublika partiyası” üçün çox təhlükəli adama çevrilir”.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində politoloq Stepan Danelyan deyib.

“Ovik Abramyan həmişə hakimiyyətdə olub və hazırda Ermənistandakı mövcud seçki sistemində çox vacib rol oynayıb. Ermənistanda seçkiqabağı qərargah rəhbərinin rolu çox əhəmiyyətlidir. Burda yada salmaq lazımdır ki, vaxtilə Serzh Sarkisianın seçki qərargahının rəhbəri Ovik Abramyan olub, Sarkisianın özü isə keçmiş prezident Robert Koçarianın seçki qərargahına rəhbərlik edib”.

Ovik Abrahamian
Ovik Abrahamian

Danielyanın sözlərinə görə Ermənistanda seçkiqabağı qərargahın rəhbəri əslində ölkədəki mövcud sistemlərin təminatçısıdır. ”Serzh Sarkisian sistemi dəyişməklə, görünür bu ənənəni dağıdır və Ovik Abramyan yəqin ki, Sarkisian üçün çox təhlükəli adama çevrilir.Ovik Abramyan özünə yeni rol axtarır və onun başqa partiyaya keçməsi (müxalifət kəlməsi işlətmirəm) zənnimcə hakim partiya üçün çox təhlükəlidir” politoloq vurğulayır.

Abramyanın “Tsarukyan” blokuna qoşulmasının mümkünlüynə gəldikdə isə Danielyan deyib: ”Ovik Abramyanın görünür iki variantı var. Ya “Tsarukyan”, yada Seyran Ohanyan blokuna qoşulmaq.Onun hansı bloka qoşulacağını deyə bilmərəm. Amma Abramyanla Tsarukyanın imkan və resurslarını nəzərə alsaq, ölkədəki seçki ənənələrinə görə onlar birlikdə özləri üçün azı 2-ci yeri təmin edə bilərlər. İkinci yer isə, hakim “Respublika partiyası”nın sabit əksəriyyət qazanmayacağı halda onlara ikinci mərhələdə mübarizə imkanı yaradacaq ki, hakim partiyanın şansı onda az olacaq”,deyə politoloq bildirib.

Gagik Tsarukian,biznesmen
Gagik Tsarukian,biznesmen

Qeyd edək ki, Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa vermək qərarına gəlib.

Ermənistanda növbəti parlament seçkiləri bu ilin aprelində keçiriləcək.

Seçki ərəfəsində ölkədə müxalifət partiyalarının fəallaşdığı müşahidə olunur.

Keçmiş müdafiə naziri Seyran Ohanyanla keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq seçkiyə bir neçə siyasi partiya ilə blok şəklində ketmək qərarına gəliblər.

Seyran Ohanyan
Seyran Ohanyan

Həmçinin digər müxalifət partiyaları seçkiyə ayrıca blok şəklində gedəcəklərini bəyan ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG