Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 08:47

Ötən il 370 milyard dollarlıq silah satılıb


Helikopter

Dünyanın ən iri silah şirkətləri ötən il 370.7 milyard dollarlıq silah satıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) beynəlxalq silah sənayesi haqda son hesabatında belə deyilir.

SIRPI-nın hazırladığı sənəddə dünyanın 100 ən böyük silah və hərbi xidmət şirkətindən danışılır. Siyahıya yenə ABŞ-ın silah istehsalçıları liderlik edirlər. Onların silah satışının həcmi keçən il 209.7 milyard dollar olub. Bu isə 2014-cü illə müqayisədə 2.9% azalma deməkdir.

SIRPI Birləşmiş Ştatların iri silah şirkətlərinin satış həcminin 5 ildir ki, azalmaqda olduğunu qeyd edir. Gəlirlərinin azalmasına baxmayaraq, dünyanın iri silah istehsalçılarının yarıdan çoxu Birləşmiş Ştatların payına düşür.

AVROPADA 6.6% ARTIM

Avropanın silah şirkətləri isə gəlirlərini çoxaldıb, 95.7 milyard dollar əldə ediblər. SIRPI-nın 100-lüyünə daxil olan Avropa silah şirkətlərinin satış həcmi 2015-ci ildə 6.6% artıb.

Avropada ən çox Fransanın silah şirkətlərinin irəli düşdüyü görünür. Hesabatda Fransaya məxsus şirkətlərin gəlirlərini 13.1% artırdığı, 2015-ci ildə 21.4 milyard dollara çatdırdığı deyilir. Qərbi Avropada silah satışının həcminin artmasında məhz Fransanın 6 şirkətinin payı olub.

100-lüyə daxil olan 11 Rusiya şirkətinin silah satışından əldə etdiyi gəlir keçən il 30.1 milyard dollar təşkil edib. Bu da öncəki illərlə müqayisədə 6.2% artım deməkdir.

SIRPI Rusiyanın gəlirlərinin vertolyotlar, taktiki raketlərin satışının artması hesabına çoxaldığını qeyd edir, bununla belə, bir il öncəylə müqayisədə rus silah şirkətlərinin zəiflədiyini vurğulayır.

CƏNUBİ KOREYA ŞİRKƏTLƏRİ ÖNDƏ

Silah satışında ən böyük artım Cənubi Koreya şirkətlərinə məxsusdur, 2015-ci ildə onların gəlirinin 31.7% artdığı müəyyən edilib.

Türkiyənin silah şirkətlərinin satış həcmi 10.2%, Hindistan şirkətlərininki 9.3% artıb.

Ən böyük azalma isə 100-lükdəki Braziliya şirkətində müşahidə edilib. 2015-ci ildə Braziliyanın ən iri silah şirkətinin gəlirləri 28.1% azalıb.

SIRPI dünyada cəmi silah satışının həcminin 2015-ci ildə 0.6% azaldığını bildirir. Azalma 5-ci ildir müşahidə olunur.

SIRPI Silah Sənayesi haqda Məlumat Bazası 1989-cu ildə yaradılıb, dünyanın silah şirkətləri haqda bilgiləri toplayır.

XS
SM
MD
LG