Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Osmanlı dünyasında taunu necə təsvir etdilər


«Qara ölüm» Avropanı 1300-cü illərin ortalarında vurub.
«Qara ölüm» Avropanı 1300-cü illərin ortalarında vurub.

Boş evlər çürümüş balıq qoxusu ilə doludur. Bu nə səsdir? İnsanlar pəncərələrindən bomboş küçələrə boylanırlar. Şayiə gəzir ki, şəhərə taun gəlib…

Bu dəhşətli mənzərə Orhan PamukNükhet Varlıkın yazdığı mətnin lap əvvəlindədir.

Bu ayın əvvəli Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Jurnalistika məktəbində Nobel mükafatçısı, yazıçı O.Pamuk və nüfuzlu mükafatlara layiq görülmüş, taun üzrə ixtisaslaşan tarixçi Nükhet Varlıkla görüş keçirilib. Mövzu Osmanlı dünyasında taunun təsviri idi.

Model infeksiya

2006-cı ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş O.Pamuk hazırda Kolumbiya Universitetinin professorudur. Onun ingilis dilinə tərcümə olunmuş əsərləri arasında «Bəyaz qala», «Mənim adım qırmızı» və «Məsumiyyət muzeyi» əsərləri də var. «Bəyaz qala» əsərində taunun təsvir olunduğu səhnələr də var. Yazıçının növbəti romanında hadisələr 1900-cü ildə Osmanlı imperiyasının ərazisində yerləşən xəyali bir adada epidemiyanın baş qaldırması ətrafında cərəyan edir.

N.Varlıka gəlincə, o, daha çox «Erkən müasir dövrdə Aralıq dənizi dünyasında taun və imperiya: Osmanlı təcrübəsi, 1347-1600» adlı kitabı ilə tanınır.

N.Varlık taunun əsaslarının öyrənilməsini bəşəriyyətin rifahı baxımından son dərəcə vacib sayır. Onun fikrincə, bu xəstəlik tarix boyu, ta bugünədək davam edən zəncir kimi nəzərdən keçirilməlidir.

«Taun bir model infeksiyadır. Biz adətən taun haqda orta əsrlər kontekstində düşünürük. Ancaq ötən il Madaqaskarda 200 adamın ölümü ilə nəticələnmiş taun ocağı baş qaldırmışdı», – Varlık deyir.

«Qara ölüm» Avropanı 1300-cü illərin ortalarında vurub. Üçüncü pandemiya isə 1855-ci ildə Çində baş qaldırıb. Taun bakteriyasının kökü kəsilməyib, o, hələ sağdır.

O.Pamuk
O.Pamuk

Taunun gözəlliyi

O.Pamuk hesab ki, taun özü özlüyündə gözəldir və ondan tarixi nəticələr çıxarmaq üçün alət kimi istifadə olunmamalıdır.

«Ona görə yox ki, mən qocalıram və insanların ölməsində maraqlıyam. Ölüm, qaranlıq konsepsiyası, bütün o gözəllik və qorxunun gücü mənə maraqlıdır» – 66 yaşlı Pamuk deyir.

Onun sözlərinə görə, taunun fərdlərə təsirini hiss etmək üçün cəmiyyətin çürüməsini izləməyin verdiyi qorxunu anlamaq lazımdır.

Pamuk Daniel Defonun bu baxımdan dərin təsvirlər verdiyini xatırladıb. Defonun 1722-ci ildə yazdığı «Taun ilinin gündəliyi» romanında 1665-ci ildə taun şəraitində yaşamağın təsviri verilib. Pamukun Defonun yazısından gətirdiyi sitatda taunun əsas silahlarından biri – onun ailə bağlarını qırması qabardılır. İnsanların çarəsizcəsinə həyatda qalmağa çalışdığı vaxtda ictimai düzənin əsasını təşkil edən ailə sıradan çıxır.

«Arvad artıq arvad deyil, ata artıq ata deyil, qardaş artıq qardaş deyil», - Defodan sitat gətirən Pamuk deyir.

Yeni metod

Osmanlı dünyasında taun haqda mənbələrin sayı çox azdır. Söhbət əsnasında N.Varlık deyib ki, mənbələr olmayanda yaradıcı olmaq lazım gəlir.

Qazılaraq çıxarılan sümüklərin genetik analizi DNT-də «Qara ölüm»ün izlərini tapmağa yönəlmiş yeni metodlardandır. Varlık xəstəliyin yayılma xronologiyasını izləməklə tarixi dövrlər ərzində epidemiyanın təkamülünün xəritəsini çəkə bilib.

Varlık aşkar edib ki, XVI əsrə qədər taunla bağlı qeydlərin sayı sürətlə artıb. Həkimlər xəstəlik hallarını qeydə almağa, məmurlar ölənlərin sayının qeydiyyatını aparmağa başlayıblar. Hətta Sufi ustadların bioqrafiyalarında müsəlmanları xəstəlikdən azad etməyə kömək təkliflərinə də rast gəlinir.

Pamuk taun haqda mənbələrin daim çatışmaması ilə bağlı zarafatyana, ancaq maraqlı fikir irəli sürüb: «Bu, çox məhdud mövzudur. Qismən ona görə ki, heç kim iki günə öləcəyini düşünüb gündəlik tutmur».

Defonun romanı bədii əsərdir. Yazıçı bu romanı yazmaq üçün qismən əmisinin qeyd dəftərindən yararlanıb. Osmanlı dünyasında taunu təsvir etmək üçünsə təsəvvür gücünə çox ehtiyac var, çünki faktları göstərən mənbələr tam deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG