Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Oscar mükafatının tarixinə yazılacaq nominasiyalar


Meksikalı rejissor Alfonso Cuaron bir filmə (Roma) görə rekord sayda nominasiya alıb
Meksikalı rejissor Alfonso Cuaron bir filmə (Roma) görə rekord sayda nominasiya alıb

Amerika kino sənəti akademiyası 2019-cu il üçün Oskar mükafatlarına nominasiyaları elan edib. Bu nominasiyada gözlənilən və gözlənilməyən nəticələr üzə çıxıb.

“Roma” və “Favorit” filmlərinin hər biri 10 nominasiya qazanıb.

“Roma” bu sayda nominasiya əldə edən ilk əcnəbi dilli filmdir.

“Qara qaplan” Oscar mükafatlarının tarixində “Ən yaxşı film” nominasiyası alan ilk superqəhrəman filmi olub.

Bundan başqa Oscar mükafatları tarixində ilk dəfə olaraq filmləri “Ən yaxşı film” kateqoriyasına nominasiya edilmiş iki rejissor - Paweł Pawlikowski (“Soyuq müharibə”) və Cuarón (“Meksika”) həm də “Ən yaxşı rejissor” kateqoriyasından nominasiya qazanıblar.

Alfonso Cuarón indi bir filmə görə rekord sayda nominasiya alan rejissordur.

Onun "Roma" filmi 10 nominasiya alsa da, bunlardan 4-ü sırf rejissorun özünə auiddir. Cuarón rejissorluqdan başqa filmin prodüserliyini, ssenaristliyini və kinematoqrafçılığını da özü edib.

Yalitza Aparicio Oscar tarixində “Ən yaxşı aktrisa” kateqoriyasına nominasiya edilmiş 4 Latın amerikalı aktrisadan biridir. O son 14 ildə bu kateqoriyadan nominasiya edilən ilk “latina”dır.

Spike Lee ilk dəfə olaraq həm “Ən yaxşı film” və həm də “Ən yaxşı rejissor” kateqoriyasına nominasiya qazanıb.

"Favourit" filminə verilmiş 10 nominasiyadan üçü üç əsas aktrisaya qismət olub.

Bu nominasiyada Lady Gaga da tarix yazıb. O ilk dəfə olaraq həm “Ən yaxşı aktrisa”, həm də “Ən yaxşı mahnı” (“Shallow” - “Dayaz”) kateqoriyasına nominasiya edilib.

İndiyədək “Ulduzun doğulması” (A Star Is Born) filminin dörd versiyası çəkilib.

Ən yaxşı film

"Ulduzun doğulması" (A Star Is Born)

"Qara qaplan” (Black Panther)

"Qara klançı" (BlacKkKlansman)

"Bohemiya rapsodiyası" (Bohemian Rhapsody)

"Yaşıl kitab” (Green Book)

"Roma" (Roma)

"Favorit" (The Favourite)

"Vise" (Vice)

Ən yaxşı rejissor

Spike Lee ("Qara klançı")

Paweł Pawlikowski (Soyuq müharibə)

Yorgos Lanthimos (Favorit)

Alfonso Cuarón (Roma)

Adam McKay (Vise)

Ən yaxşı aktyor

Christian Bale ("Vise")

Bradley Cooper ("Ulduzun doğulması")

Willem Dafoe ("Əbədiyyət qapısında")

Rami Malek ("Bohemiya rapsodiyası")

Viggo Mortensen ("Yaşıl kitab")

Ən yaxşı aktrisa

Lady Gaga ("Ulduzun doğulması")

Glenn Close ("Arvad")

Melissa Mccarthy ("Məni bağışlaya bilərsinizmi?")

Olivia Colman ("Favorit")

Yalitza Aparicio ("Roma")

Ən yaxşı ssenari

"Favorit" (The Favourite)

"Yaşıl kitab” (Green Book)

"İlk islah olunan" (First Reformed)

"Roma" (Roma)

"Vise" (Vice)

Ən yaxşı animasiya filmi

"Heyrətamizlər 2" (Incredibles 2)

"İtlər adası" (Isle of Dogs)

"Ralph interneti sındırır" (Ralph Breaks the Internet)

"Hörümçək adam: Hörümçək kainatına doğru” (Spider-Man: Into the Spider-Verse)

"Mira" (Mira)

Ən yaxşı əcnəbi dilli film

“Capernaum” (Livan)

“Soyuq müharibə” (Polşa)

“Gözünü çevirmə” (Almaniya)

“Roma” (Meksika)

“Mağaza oğruları” (Yaponiya)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG