Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:14

Orxan Baxışlıya bəraət istənilir


Orxan Baxışlı
Orxan Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Orxan Baxışlıya bəraət istənilir. Onun vəkilləri belə tələblə apellyasiya şikayəti veriblər.

Bu haqda AzadlıqRadiosuna Baxışlının vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, AXCP fəalının həbsindən verilmiş apellyasiya şikayəti məhkəmədə icraata götürülüb:

“Apellyasiya şikayətimizdə aşağı məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu vurğulamışıq. Məhkəmədən Orxan Baxışlı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişik. Şikayətiimiz Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyanın icraatına verilib”.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə noyabrın 26-da baxılmalıdır.

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı bu il mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal Elmar Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edir və Elmar Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduğunu söyləyir. Həmin qətldən 13 il keçib.

Üstəlik, hakimiyyət rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə insanlar hər hansı fikir, tənqid və siyasi fəaliyyətlərinə görə yox, konkret əməlləri ilə bağlı məsuliyyətə cəlb edilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası Orxan Baxışlını 6 il azadlıqdan məhrum edib.

XS
SM
MD
LG