«Hərbi xidmətdə cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni döyüş şəraitində özbaşına tərk etmə halları, ümumiyyətlə, törədilməyib».
AZƏRTAC-ın xəbərinə görə, bunu iyulun 26-da Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.
Hərbi prokuror say açıqlamasa da, 2016-cı ilin birinci yarısında qeydə alınmış cinayətlərin 99.6 faizinin açıldığını bildirib.
Buna da bax - Ölən əsgər tualet yumaqdan imtina edirmiş...
HƏRBİDƏ KORRUPSİYA...
X.Vəliyevin bildirdiyinə görə, yarımildə korrupsiya halları ilə bağlı 76 şəxs istintaqa cəlb edilib. Həmin şəxslər barəsində 61 cinayət işinin istintaqı tamamlanıb, məhkəmələrə göndərilib.
Hərbi təhqiqat orqanlarında qanunların icrasına gəlincə, X.Vəliyev deyib ki, yarımildə 72 yoxlama keçirilib. Bu yoxlamalar nəticəsində 935 qanun pozuntusu aşkar edilib. Pozuntular üzrə 11 cinayət işi başlanıb.
Hərbi ekspertlər isə deyirlər ki, orduda baş verən bəzi cinayətlər qeydə alınmır. Bu da cinayətlərin açılma faizini süni şəkildə artırır. Üstəlik, onlar düşünür ki, korrupsiyaya halları ilə bağlı, əsasən, aşağı rütbəli zabitlər istintaqa cəlb edilirlər.