Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 14:13

Orduya dəstək yürüşünə qatılanların sualları qalır


Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Bakıda orduya dəstək aksiyası

Məhkəmə 2 il öncə Bakıda Orduya dəstək yürüşündən sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin tələbinə baxıb. Barələrindəki hökmün ləğv edilməsini istəyən onlar özlərinə bəraət tələb edirlər. İyunun 29-da Ali Məhkəmədə onlardan dördünün – İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev Telman Seyfullayevin bu tələblə verdiyi kassasiya şikayətinə baxılıb.

Sözügedən yürüşə görə həbs edilən 36 nəfərdən 14-ü AXCP fəalı olub. Onlar ictimai asayişin pozulmasında, hakimiyyət nümayəndəsinə qarşı zor işlətməkdə və başqa əməllərdə suçlanıb. Təxminən 5 ay sonra ev dustaqlığına buraxılsalar da, məhkəmə onları bu ittihamlarla təqsirli bilərək şərti cəza təyin edib. Di gəl, təqsirsiz olduqlarını bildirən AXCP üzvləri heç şərti cəzayla da razılaşmayıblar.

"Qarabağa azadlıq" yürüşündə iştirak edənlər Nəcməddin Sadıqovun istefasını tələb edən şüarlar səsləndirirlər
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Ali Məhkəmədə adıçəkilən dörd nəfərdən üçünə "yox" cavabı verilib. Onların şikayətləri təmin edilməyib və hökm qüvvədə qalıb. Yalnız Telman Seyfullayevin şikayəti qismən təmin olunub və onun haqqındakı hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib. Bu iş təkrar araşdırılmaqdan ötrü apellyasiya məhkəməsinə qaytarılıb.

"Əksinə,... bizə qarşı cinayət törədildi"

İsmayıl Həsənov və Gündüz Mirzəyevin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarından sonra bu iş üzrə ölkə daxilində hüquqi müdafiə vasitələri tükənib. Bu səbəbdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək: "Biz şikayətimizdə bu işdə yol verilən bütün pozuntuları göstərmişdik. Bu adamların haqqında ittiham hökmü çıxarıla bilməzdi. Təəssüf ki, şikayətimiz təmin edilmədi. Ona görə növbəti addım Avropa Məhkəməsinə şikayət etmək olacaq".

Vəkil əlavə edib ki, 2020-ci ilin iyulunda bu şəxslər haqqında həbs-qətimkan tədbiri seçilməsi, onların 5 aya yaxın həbsdə saxlanmasıyla bağlı şikayətlər xeyli vaxtdır Avropa Məhkəməsinin icraatındadır.

Mehdi İbrahim: Fikirləşirdim ki, mən 3 ay həbsdə dözə bilmərəm...
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Orduya dəstək yürüşündən sonra həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil şəxslər – Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli və digərləri vardı. 36 nəfərin işi məhkəməyə göndəriləndə 3 qrupa ayrılıb. Hər biri 12 nəfərdən ibarət qruplar şəklində mühakimə olunanlara şərti cəza verilib.

"Biz heç bir cinayət törətməmişik. Aramızda elələri var ki, ümumiyyətlə, o yürüşə qatılmayıb, evdə olub. Bizim cinayət törətdiyimizi təsdiqləyən bircə fakt, sübut ortaya qoyulmadı. Əksinə, bizi günahsız yerə həbsdə saxlamaqla bizə qarşı cinayət törədildi", - Asif Yusifli belə deyir.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan vurulduğu vurğulanıb. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor işlətmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb.

AXCP-nin iki aparıcı funksioneri – Məmməd İbrahim Fuad Qəhrəmanlıya həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı onların hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG